Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pis yatmaq cinsi aktivliyi azaldır

Yəqin ki, hələ də aramızda xoruldamağı adi hal kimi qiymətləndirənlər var. Amma mütəxəssislər belə hesab edirlər ki, bu əslində ciddi problemlərdən xəbər verir. Ümumiyyətlə, yuxu, yatmaq forması insanın sağlamlığının göstəricisidir. Əksər hallarda yuxu problemi olan insanlar gün ərzində baş ağrısından əziyyət çəkir, günortalar yatmaq istədikləri halda yata bilmirlər. Bundan başqa onlar depresiyaya daha meyilli, unutqan, yaddaşsız, asan əsəbiləşən və cinsi istəksizlik yaşayan insanlar olurlar. Bu uzun müddət davam etdikdə isə yüksək təzyiq, infarkt, ürək çatmazlığı,ürəkdə ritm pozuqluqları, iflic və ani ölüm riskini artırır. Son illər ərzində aparılan digər bir araşdırma isə sübut edib ki, xoruldamaq bütün bu xəstəliklərlə yanaşı eyni zamanda cütlüklərin cinsi həyatına da mənfi təsir edir. Belə ki, əksər hallarda kişilərin yuxu ilə bağlı problemləri olur (tez-tez ayılma, xoruldama, yatarkən nəfəs ala bilməmək). Bu isə cütlüklərin yataqlarını ayırmaları ilə nəticələnir. Sağlam cinsi həyat keçirməyən cütlüklər isə tez-tez dalaşır, hər xırda mübahisəni böyüdürlər. Araşdırmalara görə, hər üç cütlükdən ikisində yuxu problemi olur. Bu isə o deməkdir ki, üç cütlükdən ikisi yuxu probleminə görə sağlam cinsi həyat yaşaya bilmir. Buna görə də həkimlər cinsi problemləri olan insanları müalicə edərkən onlardan yuxu problemlərinin olub-olmadığını da soruşur və bu məsələnin əsas səbəblərindən biri kimi pis yuxu şəraitini göstərirlər.


Tarix: 06.01.2015 / 19:02 Müəllif: Aziza Baxılıb: 34 Bölmə: Kişi yataqda
loading...