Kişiləri ən çox maraqlandıran suallardan biri də masturbasiyanın zərərli olub olmamasıdır. İndi bu mövzu ilə əlaqədər mütəxəssis fikirləri ilə sizi tanış etmək istəyirik.
Kişilər arasında belə bir fikir yayılıb: “Həddindən artıq masturbasiya orqanizm üçün zərərlidir”. Amma mütəxəssislər bildirirlər ki, bu fikirlərin heç bir məntiqi əsası yoxdur. Masturbasiya yalnız orqanizm tələb etmədiyi halda özünüzü boşalağa məcbur etdiyiniz zaman zərərli ola bilər. Bunu yaradan ən birinci amil isə pornoqrafik materiallardır.
Müasir dövrdə biz internet vasitəsilə istədiyimiz məlumatı, videonu bir-iki saniyə içərisində əldə edə bilirk. Bunun üçün hansısa məhdudiyyət yoxdur. Padua Universitetinin professoru Carlo Foresta və onun komandası tərəfindən aparılan bir araşdırmaya görə, cinsi istəksizlik səbəbi ilə həkimə müraciət edən gənclərin 70%-i həddindən artıq pornoqrafiya izləyir.
Dr. Forestanın sözlərinə görə, gənclər əsasən əyləncə məqsədi ilə bu cür videolar izlədiklərini bildirsələr də, amma sonradan bu əyləncə növü onların tərəf müqabilləri ilə cinsi münasibətlərinə mane olur. Elm adamları bunun səbəbini beyindəki dopamin adlı hormonla əlaqələndiriblər. Dopamin insanın qarşı tərəflə münasibətində, bağlılığın yaranmasında əhəmiyyətli hesab edilən əsas hormondur. Pornoqrafiya izləyən insanlarda isə bu hormon kifayət qədər yaxşı inkişaf etmir. Araşdırma nəticəsində məlum olub ki, bu tipli videoların izlənmə müddəti qısaldıldığında kişilər yenidən bütün diqqətlərini qarşılarındakı insana yönəldə bilirlər və nəticədə münasibətləri yenidən əvvəlki qaydasına qayıdır.
Buna görə də mütəxəssislər pornoqrafiyanın izlənməsinə tamamilə son qoyulmasını deyil, belə materialların izlənmə müddətinin azaldılmasını tövsiyyə edirlər.
Tarix: 06.01.2015 / 19:04 Müəllif: Aziza Baxılıb: 90 Bölmə: Kişi yataqda