“Keçəl kişilər yataqda daha aktiv olurlar”, “Tez-tez cinsi əlaqədə olmaq saç tökülməsinə səbəb olur”, “Masturbasiya saç tökür” kimi cümlələrlə tez-tez rastlaşırıq. Bəs görəsən, doğurdan da cinsi həyat və saç tökülməsi arasında tibbi cəhətdən hansısa bir əlaqə var?
Saçı tökülən bəzi kişilər bunu onlarda əsas cinsi aktivlik hormonu sayılan testosteron səviyyəsinin yüksək olması ilə əlaqələndirirlər. Lakin mütəxəssislər bildirirlər ki, saç tökülməsinin cinsi aktivlik ilə heç bir əlaqəsi yoxdur. Yəni, bu heç də o demək deyil ki, saçı tökülən bütün kişilər intim həyatlarının aktivliyinə görə digərlərindən fərqlənirlər.
Bununla yanaşı, həm də kişilər arasında belə fikir yayılıb ki, masturbasiya və ya tez-tez cinsi əlaqədə olmaq saç tökülməsinə səbəb olur. Həkimlərin sözlərinə görə, bu fikirlərin də tibbi cəhətdən heç bir əsası yoxdur. Əksinə sağlam cinsi həyat insan orqanizminə düşünüldüyündən də çox müsbət təsir göstərir. O, stressi və gərginliyi azaldır, ürək döyünməsini və qan dövranını sürətləndirir. Buna görə də deyə bilərik ki, intim həyat həm kişi, həm də qadın orqanizmi üçün faydalıdır.
Tarix: 06.01.2015 / 19:03 Müəllif: Aziza Baxılıb: 49 Bölmə: Kişi yataqda