“Not Tonight, Mr. Right” kitabının yazarı Kate Tylorun fikrincə, münasibətin əvvəlində qadınlar bir o qədər danışmasalar da, onlar hərəkətləri ilə çox şeyi izah etməyə çalışırlar. Bu zaman kişilərdən tələb olunan qarşı cinsi başa düşməyin çətinliyindən şikayətlənmək əvəzinə, onalara qarşı diqqətli davranmaqdır.
Yazarın fikrincə, hətta həyat yoldaşınızın yataq otağındakı hərəkətlərinə fikir verməklə siz gecənin necə keçəcəyini əvvəlcədən hiss edə bilərsiniz. Bu dəfəki məqalədə biz də sizə tərəf müqabilinizin yataq otağındakı hərəkətlərinin ifadə etdiyi mənalar barədə danışmaq istəyirik.
Yataqda üzbəüz uzanmaq
Bununla qarşınızdakı şəxs onun üçün diqqət mərkəzində olduğunuzu hiss etdirməyə çalışır. Bu zaman onun sizə yönlənmiş baxışları romantik bir gecə keçirmək arzusundan xəbər verir. Mütəxəssilərin sözlərinə görə, qadını ilə romantik gecə keçirmək niyyətində olan kişi otağın işıqlandırılmasına xüsusi diqqət etməlidir. Daha yaxşı olar ki, xüsusi bir gecə keçirmək istədiyiniz zaman yataq otağında tünd qırmızı lampalardan istifadə edəsiniz.Çünki onların yaydığı işıq qadınları daha çox təhrik edir və onlarda özünə inam yaradır.
Arxası bir-birinə dönük yatan cütlüklər
Bu heç də xoş hal deyil. Əgər səhər bu vəziyyətdə yuxudan oyanırsınızsa, ya yatağınızı, ya da həyat yoldaşınızı dəyişməlisiniz. Çünki insan ya yatağı, ya da tərəf müqabili onu qane etmədiyi halda bu cür yata bilər.
Bir-birini qucaqlayaraq yatmaq
Əgər qadınınızın hər dəfə sizin işdən gəlişinizi səbirsizliklə gözləməsini istəyirsinizsə, onunla maksimum dərəcədə qayğıkeş davranmağa çalışın. Bir qadın üçün qayğıkeşliyinizin ən bariz nümunəsi isə hətta çox yorğun olduğunuz gecələrdə belə onu qucaqlamağınız, oxşamağınızdır. Eyni zamanda seksoloqların sözlərinə görə, cinsi münasibət zamanı qadının sinəsini və boynunu oxşamağınız, onu qucaqlamağınız onlarda cinsi hormonları daha da aktivləşdirir. Bu isə daha uzun gecə keçirməyinizə səbəb olur.
Arxası üstündə tavana baxaraq yatırsa…
Bu zaman tərəf müqabiliniz sizə nə qədər “Heç nə olmayıb”, “Hər şey yaxşıdır” kimi cavablar versə də, bu cavablara inanmağınız məsləhət deyil. Bu halda çox güman ki, qarşınızdakı şəxs sizdən hər şeyi özünüzün başa düşməyinizi gözləyir və o əslində sizə də məlum olan bir səbəbə görə inciyib. Əgər növbəti günlərdə bu məsələnin böyük problemə çevrilməyini istəmirsinizsə, onun könlünü almağa çalışın, bütün fikirlərini sizinlə bölüşməsinə şərait yaradın.
Tarix: 06.01.2015 / 19:01 Müəllif: Aziza Baxılıb: 86 Bölmə: Kişi yataqda