Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ölümə nə var ki
Ölümə nə var ki

Ölümə nə var ki gülüm?!
Yaşamaqdır bu dünyada ən ağır iş...
Tək bir dəfə gəlir ölüm,
Tək bir dəfə qalib gəlir o insana.
Yaşamağın dərdi isə yetmir sona,
Yaşamağın odu ilə
Əriyirik
Bir şam kimi gilə‐gilə.

Yaşamaqdır bu dünyada ən ağır iş
Demə, insan əzablara məhkum imiş.
Həyat nəymiş?
Var olmaq uğrunda dava?!
Bu doğrusa,
Dava varsa
Uduzan da, udan da var,
Bir‐birinə yağı kəsilir insanlar...
Haqqı‐sayı itiririk
Mərdi haqsız qova‐qova –
Tüğyan edir yaşamaq uğrunda dava.

Bir qəhrəman, ya bir zəngin, ya bir aqil
Əzrail açan сəbhədə
Oldumu nəyəsə nail?!
Nə qorxu bilir, nə hədə,
Nə rüşvət alır Əzrayil !
Qəhrəman, zəngin, ya aqil
Fərqi yoxdur, əсəlin nəzəri birdir,
Ölüm qarşısında hamı bərabərdir.

Ölümə nə var ki gülüm?!
Birсə dəfə gəlir ölüm,
Ölüm deyil həyatda ən böyük zülm,
Yaşamaqdır bu dünyada ən ağır iş.
Varlığımız yoxluğa doğru bir giriş,
Həyatımız ölümə gedən yol imiş...


Tarix: 04.06.2015 / 18:00 Müəllif: Aziza Baxılıb: 91 Bölmə: Hamlet İsaxanlı
loading...