Get‐gedə
Gələсək üstündə kökləndik,
Ümidlə, arzuyla yükləndik,
Gərdişə heç məhəl qoymadıq.
Gülüşdük, danışdıq, əyləndik,
Nəğmələr söyləyib dəmləndik,
Sevdalı günlərdən doymadıq.
Yelqanad atlaramı mindik?
Göz yumub açmamış əyləndik,
Zamanın nəbzini duymadıq.
Get‐gedə böyüdük, seyrəldik,
Get‐gedə nazildik, köyrəldik,
Ötəri sevdaya uymadıq.
Tarix: 04.06.2015 / 17:58 Müəllif: Aziza Baxılıb: 12 Bölmə: Hamlet İsaxanlı
loading...