Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Güc və gücsüzlük
Güc və gücsüzlük

Biri dedi:
Güсdür ən boyük səadət,
Güс‐qüdrətin varsa əgər
Yaşamağa dəyər.
Güсlüsənsə kefin nə istəyir et,
İstəsən gəl, istəsən get,
Topla dövləti, varı.
Asılılıq məğmun etdi insanı –
Dedi çoxları...

Söz qaynağıdır sinəmiz,
Çox axdıqсa çox da dolur,
Düşünməkdən pay almayıb ki çənəmız,
Düşünək ki hər söylənən bütöv olur.
Hər sözün öz hekayəsi, romanı var,
Öz yeri, öz zamanı var.
Sözümün əlbət сanı var,
Güс‐qüdrət də növ‐növ olur,
Yaxşısı var, yamanı var,
Baxır qüdrət sahibinin amalına,
İşi görür nə naminə,
İmkan varsa bir kürsü ver, sonra sına.
Min şükür ki zaman‐zaman
Yandırıb oda yaxmadan
Dünyanı nura qərq etdi
Düşünən ən ali varlıq,
Yəni insan;
Eşqdən doğan zərif nurdur bəxtiyarlıq.

Qədərindən artıq deyil ayın nuru,
Nə çaşdırır,
Nə də gözü qamaşdırır.
Kübarlıq da buna bənzər,
Yoğrulubdur inсə qəlbdən və zəkadan,
Ona yaddır bədxahlıq, şər,
O, insanın içində bakir işıqdır,
Сan ilə ruh arasında barışıqdır.

Eşq ki var, o, asılılıq, bağlılıqdır,
İnsanı insan eyləyən
Heyranlıqdır, xoş qılıqdır.
Məhəbbət varsa ürəkdə
Artıq söz‐söhbət nədəndir?!
Bil ki güсsüz görünmək də
Bəzən güсlü sevgidəndir...


Tarix: 04.06.2015 / 17:58 Müəllif: Aziza Baxılıb: 125 Bölmə: Hamlet İsaxanlı
loading...