Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dalğalarla yan‐yana
Dalğalarla yan‐yana

Gündoğandan günbatana gəzmişəm,
Oxşamıram bu dünyadan doyana.
Şaxta vurub, od ələnib, dözmüşəm,
Səyyah gərək hər möhnətə dayana.

Yaraşıqlı, möсüzəli bir diyar,
Amma orda nə eşqım, nə izim var.
Öz yurdumda gül açmışdı arzular,
O güllərin qoxusundan harda var?!
Yaxşı deyib ustadımız Şəhriyar:
«Yel gələndə ver gətirsin bu yana,
Bəlkə mənim yatmış bəxtim oyana»
Bu dünyanın çoxmuş bəndi‐bərəsi,
Xeyirlə şər mənəm deyir hərəsi,
Zamandadır, varsa, bunun çarəsi...
Silkələnə, titrəyə yer kürəsi,
Ərşə qalxa Koroğlunun nərəsi –
Dəmirçioğlu, Dəli Hasan oyana,
Qaniçənlər qızıl qana boyana.

Heyrət bəzən bağlasa da dilimi,
Duyğularım işə saldı qələmi,
İynə olub sapa düzdüm aləmi.
İçdən gələn sevinсimi, naləmi
Yüklənərək yelkən açdı bir gəmi...
Ömür keçdi dalğalarla yan‐yana,
Salam olsun bu əhvalı duyana!


Tarix: 04.06.2015 / 17:58 Müəllif: Aziza Baxılıb: 98 Bölmə: Hamlet İsaxanlı
loading...