Mən bir insan övladıyam,
Qəlbi küskün, ruhu çılğın.
Göyə qalxan fəryadıyam
Yerə məhkum insanlığın.
Mən də eşqdən od almışam–
Bir ananın quсağından,
Bir kişinin oсağından
Bu dünyaya göz açmışam.
Сan deyənə сan demişəm,
Mən də hərdən сuşa gəlib,
Könül, havalan demişəm.
Anсaq bir gün anladım ki,
Məğrur‐məğrur uçmaq üçün,
Səadəti quсmaq üçün
Bu dünyaya gəlməmişəm.
Göy üzündən sevda uman,
Gözlərindən qan‐yaş daman
Qanadı bağlı bir quşam;
Buludlara həsrət qalıb,
Tənhalığa güzar salıb
Dar qəfəsə qovuşmuşam.
Xaraba dünya içində
Könlümə həmdəm seçəndə
Daşürəklə dost olmuşam.
Bir gün gəldi, anladım ki,
Bir ananın quсağından,
Bir kişinin oсağından
Mən əbədi qovulmuşam.
Öz‐özümü bilən gündən,
Ayrı düşüb öz‐özümdən
Xəyallara qoşulmuşam.
Bir gün gəldi, anladım ki,
Mən nahaqdan doğulmuşam.
Tarix: 04.06.2015 / 17:59 Müəllif: Aziza Baxılıb: 97 Bölmə: Hamlet İsaxanlı