Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Perl Harbor (film, 2001)

"Perl Harbor" (ing. Pearl Harbor) — rejissor Maykl Beyin filmi.Mündəricat
1 Məzmun
2 Səhvlər
3 Filmin heyəti
3.1 Film üzərində işləyənlər
3.2 Rollarda


Məzmun

Reyf və Denni – Tennessi ştatından olan bu iki dost uşaqlıqdan birgə böyüyüblər və sanki bir qardaş kimi bir-birilərinə bağlıdırlar. İş elə gətirir ki, onların hər ikisi ABŞ-ın hava qüvvələrində pilot olurlar. Tezliklə Reyf tibb bacısı Evelinə aşiq olur. Onların məhəbbəti qarşılıqlı olur, lakin Reyf eskadrona qoşulmalı olur və Britaniya uğrunda almanlarla döyüşmək üçün Avropaya gedir. Bu zaman Denni və Evelin də xidmət üçün Pyorl-Harbor bazasına göndərilirlər. Çox keçmədən Reyfin ölümü barədə xəbərlər yayılır. Bundan sonra Denni ilə Evelinin dostluğu başlanır. Tezliklə bu dostluq məhəbbətlə əvəz olunur. Bir az keçdikdən sonra məlum olur ki, Reyf sağ-salamatdır və o, Pyorl-Harbora gəldiyi zaman bütün olanlardan xəbər tutur. Bu zaman yaponların bazaya xaincəsinə hücumu baş verir. ABŞ bu məğlubiyyətinə düşmən ərazilərinin bombardman edilməsinin təşkili ilə cavab verir. Reyflə Denni isə könüllülər sırasında olurlar. Bu əməliyyat zamanı Denni Reyfi xilas edərək, özü həlak olur... Reyf evə - Evelinin yanına qayıdır. Onlar birgə ömür sürür və Dennidən doğulan uşağı böyütməklə məşğul olurlar.

Səhvlər
Pyorl-Harbora hücum yerli vaxtla səhər saat 7:55-də başlanır. Filmdə Pyorl-Harborda Amerika donanmasına komandanlıq edən admiral səhər tezdən qolf oynayır. Səhər qadın paltar asır, uşaqlar isə beyzbol oynayırlar. Təkcə əsas qəhrəman olan təyyarəçilər yatıblar. Əslində isə saat 8:00-da hərbi gəmilərdə səhər yoxlanışı aparılmalı idi. Amma dənizçilərin çoxu yuxuda idi.
Əslində 1941-ci ildə amerikalıların hərbi bazasında heç kəs siqaret çəkmirdi...
Reyf Makkuoli öz ortaqlarını sakitləşdirərək deyir: "Qorxmayın! "Zero" daha güclü silahlanıb və çox cəlddir. Buna baxmayaraq P-40 daha manevrlidir". Həqiqətdə isə, o vaxtlar "Zero"nun manevrliyi istənilən başqa Amerika təyyarələrindən daha yüksək idi.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Randall Uallis
Rejissor : Maykl Bey
Bəstəkarlar : Hans Zimmer, Stiv Cablonski
Prodüserlər : Cerri Brukhaymer, Maykl Bey

Rollarda
Ben Afflek – Reyf Makkouli
Coş Hartnett – Denni Uoker
Keyt Bekinseyl – Evelin Conson
Con Voyt – Frenklin Ruzvelt
Alek Bolduin – Ceyms Dulitl
Tom Sayzmor – Erl Sistern
Uilyam Li Skott – Billi Tompson

Soke Kubota Takayuki – admiral Naqumo


Tarix: 23.02.2013 / 16:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 305 Bölmə: Filimler
loading...