Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kriminal qiraət (film, 1994)

"Kriminal qiraət" (Pulp Fiction) Kventin Tarantinonun filmlərindən biri, adı 20-ci əsrin ortalarında yayılmış kriminal jurnallar və novellalardan gəlir. O dövrdə ucuz, aşağı keyfiyyətli kağızlardan istifadə edilərək nəşr olunan nəşrlər belə adlanırdı. Filmdəki obrazlardan Vinsent Veqa da belə bir kitab oxuyur. Filmin özü də belə ucuz romanların mövzusu ilə oxşarlıq təşkil edir. Rollarda: Con Travolta (muzdlu qatil Vinsent Veqa), Semuel L. Cekson (Veqanın dostu Jul Vinnfild), Uma Turman (Mia Uolles) və Brüs Uillisdir (Baç Kulic). Prodüserləri Lourens Bender və Kventin Tarantino, distribyutoru Miramax Films-dir. Filmdə Xarvey Keitel ve Kristofer Uoken kimi güclü aktyorların da rol alması bir yana, Tarantino özü də balaca bir rolda görünür. Film üç fərqli hissədən ibarətdir. Premyerası 1994 il sentyabrın 23-də olub. Dili ingiliscədir, müddəti 154 dəqiqədir. Ən yaxşı orijinal ssenariyə görə Oskar mükafatı qazanmışdır və ən yaxşı film mükafatına da namizəd göstərilmişdi. Büdcəsi 8,5 mln, dünya gəliri isə 212.9 mln dollardır. Əməllər Los-Ancelesdə baş verir. Filmdən bir neçə epizod, xüsusən Veqa və Mianın tvist rəqsi, habelə pencəklərdə və tapançalarla dayanmış Veqa və Vinnfild məşhur olub.

Saundtreki yoxdur, Tarantino rok-n-rollun, soul və pop mahnıların eklektik qarışığı işlətmişdir.

Məzmun

Bir gün Butç Kulic Marsellasa Vollesin sevgilisini onun əlindən almaq qərarına gəlir. Los-Ancelesdə bu işi görmək çox da məsləhət deyil. Hirslənmiş Marsellas iki nəhəngi - Vinsent və Culsi Bitçin taleyini həll etməyi tapşırır. Bu nəhənglərin işləri başından aşır. Amma onlar heç bir işlərini yarımçıq qoymayıblar.


Tarix: 22.02.2013 / 20:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 243 Bölmə: Filimler
loading...