Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Böyük dayaq (film, 1962)

Məzmun
Əsərdə olduğu kimi, kinoromanda da ciddi siyasi, əxlaqi və tərbiyəvi problemlər qaldırılmışdır. Burada kənd təsərrüfatında gedən dəyişikliklərdən, müasir kəndimizin adamlarından, rəhbərlikdə demokratik üsulların bərpası uğrunda aparılan mübarizədən söhbət açılır.
Sosial dramın əsas qayəsi : yalnız xalqa, kollektivə arxalanan rəhbər işçilər qarşılarına qoyduqları məqsədə çata bilərlər.

Film haqqında
Film aktrisa Tamilla Rüstəmovanın kinoda ilk işidir.
Film aktyor Həsən Məmmədovun kinoda ilk işidir.
Film Mirzə İbrahimovun eyniadlı romanının motivləri əsasında çəkilmişdir.
Film boyu Ələsgər Ələkbərov (Rüstəm kişi) bir çox kadrlarda at üstündə olur. Lakin ortaya problem çıxır. Ələsgər Ələkbərovun böyrəkləri xəstə olduğu üçün at minə bilmir. Xeyli götür-qoydan sonra filmin operatoru çıxış yolu tapır: Çəkiliş meydançasına gətirilən yük maşınında yəhər quraşdırıb, çəkilişi aparmağa başlayır. Filmə baxanların da heç ağlına gəlmir ki, Rüstəm kişi atsız yəhərin üstündə çapır. Qeyd edək ki, film ekranlara çıxarkən artıq Ələsgər Ələkbərov dünyasını dəyişmişdi. Böyük aktyora özünün ekranda yaratdığı gözəl rollarından birini – Rüstəm kişini görmək qismət olmadı.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Mirzə İbrahimov
Quruluşçu rejissor : Həbib İsmayılov
Quruluşçu operator : Xan Babayev
Quruluşçu rəssam : Məmməd Hüseynov
Bəstəkar : Fikrət Əmirov
Səs operatoru : Əziz Şeyxov
Geyim rəssamı : Bədurə Əfqanlı
İkinci operator : B. Vlasov
Rejissor assistenti : Əlisəttar Məlikov, A. Vəkilov
Montaj üzrə assistent : A. Filimonova
Operator assistenti : Şərif Şərifov, Eldar Abbasbəyli
Dekor rəssamı : S. Şıxlı
Qrim Rəssamı : V. Antipov
Quraşdırılmış səhnələrin operatoru : Mirzə Mustafayev
Quraşdırılmış səhnələrin rəssamı : Mirzə Rəfiyev
Çalır : SSRİ Mədəniyyət Nazirliyi Filmlər İstehsalı İdarəsinin Orkestri
Dirijor : A. Roytman
Filmin direktoru : Daniil Yevdayev
Aşıq havasını ifa edən : Aşıq Pənah (titrlərdə yoxdur)
Mahnı ifa edən : Flora Kərimova("Pərişanın mahnısı") (titrlərdə yoxdur)

Rollarda
Ələsgər Ələkbərov-Rüstəm kişi
Tamilla Rüstəmova(Tamilla Rüstəmova-Krastınş kimi)-Maya
Həsən Məmmədov-Qaraş
Leyla Rzayeva-Səkinə
Zemfira Əliyeva-Pərşan
Nəsibə Zeynalova-Telli
Məmmədrza Şeyxzamanov-Şərəfoğlu
Hacımurad Yegizarov- Şirzad
Böyükağa Kazımov- Nəcəf
Ağa Məmmədov- Kələntər
Firudin Mehdiyev- Salman
İbrahim İsfahanlı- Yarməmməd
Qədirağa Əzimov- Lal Hüseyn
Elmira Yadigarova- Naznaz
Rafiq Tağıyev-Çoban Kərəm
İsmayıl Dağıstanlı- Kərəmoğlu
M. Ələkbərova- Zeynəb
Əli Qurbanov- Çoban baba
Məmmədsadıq Nuriyev-Kababçı
Bahadur Əliyev-Komsomolçu
Ələkbər Hüseynzadə-Kəndli
Əliheydər Həsənzadə-İclas iştirakçısı
N. Məmmədova- Qızyetər

Filmi səsləndirənlər
Yusif Vəliyev-Yarməmməd (İbrahim İsfahanlı) (titrlərdə yoxdur)
Hökümə Qurbanova-Maya (Tamilla Rüstəmova) (titrlərdə yoxdur)
Sadıq Hüseynov-Kəndli (Ələkbər Hüseynzadə) (titrlərdə yoxdur)
Ağasadıq Gəraybəyli-Kələntər (Ağa Məmmədov) (titrlərdə yoxdur)
Məlik Dadaşov-Lal Hüseyn (Qədirağa Əzimov) (titrlərdə yoxdur)
Hüseynağa Sadıqov-Nəcəf (Böyükağa Kazımov) (titrlərdə yoxdur)


Tarix: 12.02.2013 / 19:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 409 Bölmə: Filimler
loading...