Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hökmdarın taleyi (film, 2008)

Məzmun
Film hökmdarın siyasi meydanda tənhalığı haqqındadır və bu problem dövlətçilik problemidir. Siyasəti ilə onun ətrafının razılaşmaması sonda İbrahim Xəlil xanın (Fəxrəddin Manafov) tək qalmasına və sonda qətlinə gətirib çıxarır. Bu film Azərbaycanın o vaxtkı xanlıqlarının əmin-amanlıqda yaşaması üçün birləşib bir dövlət yaratmamasından və Azərbaycan torpaqlarının Rusiya və İran kimi iki nəhəng imperiya tərəfindən zəbt edilməsindən bəhs edir. Filmin ssenarisi tarixi hadisələr üzərində qurulmuşdur.

Film haqqında
Babək prospektində böyük sahəli bir anbarın içində pavilyon qurulmuş, o pavilyonda İbrahim xanın evini, İran şahının sarayını quraşdırmışlar. Minlərlə kostyum tikilmiş, eskiz əsasında həmin dövrün dəbinə uyğun bu kostyumlar üçün İrandan parçalar gətizdirilmişdir. İran qoşunlarının, rus qoşunlarının, Azərbaycan qoşunlarının ifaçılarının hər biri üçün ayrıca forma tikilmiş, həmin dövrün silahları, toplar, mərmilər, tüfənglər və s. zavodlarda sifariş olunmuşdur. Otuzdan çox müəssisə bu film üçün işləmişdir.
Filmin hazırlıq dövrunə 2005 – cı ilin avqust ayından, çəkilişlərinə 2006-ci ilin iyun ayından başlanılmışdır.
Azərbaycan dilində kiçik rollar Bakıda, əsas rollar isə "Mosfilm"in nəzdində fəaliyyət göstərən "Ton studio"da səsləndirilmişdir.
Film Azərbaycanda bu günə kimi istifadə edilməyən dolbi 1/5 sistemində səsləndirilmişdir.
Bütün texniki avadanlıqlar, eləcə də işıq və səs avadanlıqları Moskvadan gətirilmişdir.
Son çəkiliş günü 2006-cı ilin 3 Oktyabrında olmuş və 2007-ci ilin avqustun 1-ə qədər montaj işi getmişdir.
Çəkilişlər bitdikdən sonra filmin kütləvi səhnələrində istifadə olunan geyimlər, silah və toplar "A.S.V.A. Profi Studiya XXI" Prodüser Mərkəzinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən, həmin müddətdə lentə alınan "Cavad Xan" filminə verilmişdir.
Filmin çəkilişlərində Şəki Dövlət Dram Teatrından aktyorlar da cəlb edilmişdir.
Filmdə aktyorları müəllifin razılığı ilə Fəxrəddin Manafovla Vaqif Əsədullayev təsdiq edib. Eyni zamanda Fəxrəddin Manafov filmdə aktyorlarla işləyib. Daha sonra isə bu işə Ramiz Fətəliyev və Dilşad Fatxulin cəlb olunub. Filmdəki müəyyən dövr Ramiz Fətəliyevlə birgə işlənib, ancaq yaradıcılıq fikirləri fərqli olduğundan ayrılmalı olublar. Filmi Fəxrəddin Manafov, Dilşad Fatxulin və Vaqif Əsədullayev birgə bitirib.
Azərbaycan kino tarixində dövlət büdcəsindən indiyə qədər ən çox maliyyə ayrılan film budur: 1 milyon manat.
Film İlyas Əfəndiyevin "Hökmdar və qızı" əsəri əsasında çəkilib.

Filmin heyəti

Film üzərində işləyənlər
Əsərin müəllifi : İlyas Əfəndiyev
Ssenari müəllifi : Elçin
Prodüser : Vaqif Əsədullayev
Quruluşçu rejissorlar : Ramiz Fətəliyev, Dilşad Fatxulin
Quruluşçu operator : Dilşad Fatxulin
Quruluşçu rəssam : Əziz Məmmədov
Bəstəkar : Polad Bülbüloğlu
Rejissor : Akif Rüstəmov
Geyim rəssamı : Şahin Həsənov
Montaj edən : Elşad Rəhimov
Səs operatorları : Aleksandr Platoşin
İcraçı prodüser : Elman Höcətoğlu

Rollarda
Fəxrəddin Manafov-İbrahim xan
Günəş Əliyeva-Ağabəyim ağa
Pərviz Məmmədrzayev-Fətəli şah
İlya Şakunov-rus çarı I Aleksandr
Aleksandr Qalibin-knyaz Sisianov
Fuad Osmanov-erməni
Rafiq Əliyev (II)-Vanya Yüzbaşı
Sənubər İsgəndərli-Tuba xanım
Məmməd Səfa-Əmiraslan
Kamran Yunis (Kamran Yunus kimi)-Əbülfəz xan
Vidadi Əliyev-erməni
Aysu Əfəndiyeva-Cavad xanın qızı
Yuri Baliyev-Portnyagin
Mehriban Zəki-Cavad xanın arvadı
Manaf Dadaşov-Sonqulu ağa
Muxtar İbadov-Bakı xanı
Leyli Hüseynli-Gövhər
Əli Cəfərov-Saday bəy
Daniil Spivakovski
Saydo Qurbanov-Mirmövsüm ağa
Vidadi Həsənov-Cavad xan
Ramil Zeynalov-Cavad xanın oğlu
Xəyal Abbaszadə

Sponsor
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Çəkilişə köməklik edən qurum
Azərbaycan Respublikası Nazirlər Kabineti
Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Azərbaycan Respublikası Maliyyə Nazirliyi
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi


Tarix: 14.02.2013 / 21:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 421 Bölmə: Filimler
loading...