Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xaç atası (film, 1972)

"Xaç atası" (ing. The Godfather) — rejissor Frensis Ford Koppolanın filmi.Mündəricat
1 Məzmun
2 Nəsil ağacı
3 Film haqqında
4 Mükafatlar
4.1 1973-cü ilin "Oskar"mükafatı:
5 Filmin heyəti
5.1 Filmin üzərində işləyənlər
5.2 Rollarda
6 Həmçinin bax


Məzmun

"Xaç atası" Nyu-York-Siciliya mafioz ailəsi Korleonedən bəhs edir. Bu film 1945-1955-ci illər arasında olan hadisələri əhatə edir. Film 1945-ci ildə don Vito Korleonenin evində olan şənliklə başlayır. Bu, Korleonenin qızı Konni və Karlo Rissinin toy məclisi idi. Bu zaman "Xaç atası" kimi tanınan və Korleone mafioz qrupunun başçısı Vito və ailənin şəxsi hüquqşünası Tom Haqen təbriklər qəbul edirlər və eləcə də dost və həmkarların xahişlərini dinləyirlər. Xahişə gələnlər çox gözəl bilirdilər ki, heç bir siciliyalı öz qızının toyunda kiminsə sözünü yerə salmaz. Bu vaxtlar donun sevimli kiçik oğlu, İkinci Dünya müharibəsi qəhrəmanı Maykl öz dostu Key Adamsa öz atasının cinayət aləmində tanındığı haqqında danışır. Lakin Maykl qətiyyətlə bildirir ki, onun özünün ailəsinə heç bir oxşarlığı yoxdur.

Gələn qonaqlar arasında həm də Vito Korleonenin xaç oğulluğu, Hollivuddan təzə gəlmiş müğənni Conni Fonteyn də var. O, dondan xahiş edir ki, itən şöhrətini yenidən qaytarmaq üçün təzə çəkilişlərinə başlanılmış bir filmdə rol almasına kömək etsin. Conni deyir ki, kinostudiyanın rəhbəri Cek Vols ona rol vermir. Korleone bu problemi həll etmək üçün Haqeni Kaliforniyaya göndərir. Cek Vols Haqenə deyir ki, heç bir vəchlə Fonteynə rol verməyəcək. Çünki Fonteyn onun sevgilisini əlindən alıb. Korleone ailəsinə etdiyi etiraza görə Vols səhər yuxudan duranda yatağının qan içində olduğunu görür: onun 600.000 dollarlıq sevimli atının başı kəsilərək yatağına qoyulmuşdu.

Haqenin qayıdışından sonra ailə Tattalya ailəsinə qarşı rəqabət aparmaq üçün Vörcil Solosso ilə görüşür. O, don Korleoneyə heroin idxalına pul qoymağı və bu işdə diplomatik və hüquqi müdafiəni təmin etməyi təklif edir. Lakin Korleone onun diplomatik nüfuzuna təhlükə törədə biləcəyini düşünərək narkotiklərlə bağlı çirkli işlərə girməyəcəyini deyir. Lakin Korleonenin oğlu Sonni bu işin Tattalya ailəsilə əməkdaşlıq etdikləri zaman mümkün olacağını deyir. Don Vito yaranmış bu ciddi fikir ayrılığına görə Sonnini təklikdə tənbeh edir və daha sonra ən yaxşı döyüşçüsü olan Luka Brazini hər şeyi yerli-yataqlı öyrənməyə göndərir.

Küçədə gedərkən don Korleoneyə sui-qəsd təşkil olunur. Ona tapançadan atəş açılır. Solosso və Tattalya, Brazini öldürür və Sonniyə sazişi qəbul etmək barədə söz çatdırmaq üçün Haqeni oğurlayırlar. Qəzəblənmiş Sonni təklifdən imtina edir və Tattalya ailəsinə ultimatum göndərir: ya ona Solossonu verməlidir, ya da Korleone ailəsi müharibə yoluna əl atacaq. Tattalya etiraz edir və bununla bərabər Santinoya Brazinin ölüm sübutunu göndərir.

Bir gün Maykl xəstəxanaya atasına baş çəkməyə gedir və bu zaman ona məlum olur ki, atasını qorumaq üçün xəstəxanada heç bir mühafizə təşkil olunmamışdır. Atasına yenidən sui-qəsd ediləcəyini düşünən Maykl don Korleonenin yatdığı palatanı dəyişdirir. Özü isə qapıdan çölü izləməyə başlayır. Özünü dona borclu bilən Enzo mühafizəni xəstəxananın artırmasında təsvir edərək Korleoneni öldürməyə gələn Solossonun adamlarının fikirlərini yayındırır. Onların ardınca kapitan Mark Makklaskinin rəhbərliyi ilə polis dəstəsi gəlir. Onlar Mayklı Solosso ilə əlaqədə olmağında ittiham edərək onun sifətinə möhkəm bir zərbə ilişdirirlər. Bundan dərhal sonra Haqen, Korleone üçün nəzərdə tutulmuş mühafizə xidməti əməkdaşları ilə xəstəxananın qarşısına təşrif gətirir. Sonni onların Bruno Tattalyanı öldürdüyü barədə Maykla xəbər çatdırır. Beləcə, ailə başçılarının oğulları arasında "müharibə" başlayır.

Solosso Maykl Korleone ilə görüşmək istədiyini bildirir və Makklaskini öldürəcəyinə söz verir. Bu Sonni və Klemensoya müsbət təsir bağışlayır. Lakin Maykl onları ciddiyyətlə inandırır ki, burada şəxsi heç nə yoxdur. Bu yalnız və yalnız biznesdir. Solosso ilə görüşü zamanı Maykl ayaq yoluna getməyi bəhanə gətirir və oraya gedir. Oradan gizlədilmiş tapançanı götürərək geri qayıdır. Maykl Solosso və Makklaskini güllələyir. Bundan sonra Siciliyaya gedir. Beləcə Korleone ailəsinin birləşmiş digər 5 ailəyə qarşı olan mübarizəsi ən qızğın çağlarını yaşamağa başlayır. Maykl Siciliyada don Korleonenin köhnə dostlarından olan don Tomazinonun himayəsi altında yaşayır. O, orada Appoloniya adlı bir yerli qıza aşiq olur və onunla evlənir. Bu evlilikdən çox keçməmiş Appoloniya maşın sürmək öyrənir. Bir gün həmin maşına Mayklı öldürmək üçün bomba qoyulur, lakin maşına Maykldan əvvəl minən və onu işə salan Appoloniya partlayış nəticəsində həlak olur. Və Maykl ölümdən xilas olur.

Nyu-Yorkda don Korleone xəstəxanadan evə buraxılır və Mayklın Solosso və Makklaskini öldürdüyündən xəbər tutur. Bir neçə ay sonra – 1948-ci ildə Karlo arvadı Konni Rissini hamilə olduğu üçün vəhşicəsinə döyür. Daha sonra isə xəbərdarlıq edir ki, bu bir də təkrar olunsa, onu öldürəcək. Bu hal bir də təkrar olunanda Sonni bundan xəbər tutur. Qəzəblənmiş Sonni özünü bacısının yanına çatdırmaq üçün yola düşür, ancaq şlaqbaumdan keçməmiş onu Tattalya ailəsinin adamları güllələyirlər.

Don Korleone bu müharibəyə son qoymaq məqsədilə 5 ailə başçıları və nümayəndələri ilə bir yerdə görüş keçirir. Bu işi görməkdə don Korleone həm nahaq qana son qoymaq, həm də Mayklın sağ-salamat evə qayıda bilməsini təmin etmək istəyirdi.

Maykl Siciliyaya qayıdır. 1951-ci ildə (qayıdışından bir il sonra) o, keçmiş rəfiqəsi Keylə görüşür və tezliklə ona evlənmə təklifi edir. Sonninin ölümündən sonra don mafiya başçısı kürsüsünü tərk edir. Ortancıl qardaş Fredo bu işlərin öhdəsində gələ bilməyəcəyi üçün faktiki olaraq Maykl cinayətkar sindikatının rəhbəri olur. Amma o Keyə söz verir ki, qarşıdan gələn 5 il ərzində atasının biznesini tamamilə qanuniləşdirəcək.

Klemenso və Salvador Tessio Korleoneyə Barzini ailəsi tərəfdən sıxışdırıldıqlarını bildirirlər və onlara cavab zərbəsi vurmaq təşəbbüsü ilə çıxış edirlər. Lakin Maykl bu mövzuda onlara etiraz edir. O, öz ailə fəaliyyətini Nevada ştatına keçirmək istəyir və Konninin ərinin bütünlüklə onun sağ əli olacağına and içir. Tom Haqen işlərdən kənarlaşdırılaraq don Vitonun şəxsi vəkili olur. Haqen indiki yerindən və Mayklın siyasətindən narazılığını bildirir. Lakin don Mayklın onun məsləhətilə iş gördüyünü deyir.

Maykl Las-Veqasda böyük bir sahibkarla tanış olur və ona Mo Qrinin kazinodakı payını almağı təklif edir. Amma Mo ona kobudcasına etiraz edir. Məlum olur ki, Mo Qrin zəng edib Fredonu ictimaiyyət arasında döyməyi deyib. Fredo Monun tərəfi ilə məşğul olur. Daha sonra Maykl heç vaxt öz ailəsi əleyhinə getməyə cürət etməyib.

Maykl evə qayıdır. Don Vito düşmənlərin nə fikirdə olduğunu başa düşür və Barzininin Mayklı görüşə çağıracağını, elə oradaca onu öldürəcəyini bildirir. Təklif verən adam satqındır. Vito Mayklı heç vaxt ailənin başında görməyi arzulamadığını deyir. Əksinə, onun qanuni politik olmağını arzulayırdı. Tezliklə don nəvəsi Entoni ilə oynayarkən ürək tutmasından vəfat edir. Dəfn mərasimi zamanı don Vitonun dediyi doğru çıxır. Tessio Maykla Barzini ilə görüş təklif edir.

Maykl Karlo və Konninin oğlunun xaç atası olmağa razılıq verir. Bu mərasim zamanı Mayklın adamları düşmən ailələrin başçılarını öldürürlər: Don Kuneo qapının kandarında, don Straççi liftdə, don Tattalya yataqda, don Barzini, eləcə də Mo Qrin (masaj zamanı) öldürülür.

Tessio Haqenə deyir ki, onun bu hərəkəti sadəcə biznesdir və Mayklın adamları ilə birlikdə öz ölümünü qarşılamağa gedir. Maykl Karlonu Sonninin öldürülməsində iştirak etdiyi üçün ittiham edir və bunu boynuna almasını istəyir. O, Karloya Las-Veqasa uçması üçün təyyarə bileti verir. Karlo hava limanına getmək üçün maşına oturanda Klemensonun ilgəyi ilə onu öldürürlər.

Konni ərinin ölümündə Mayklı günahlandırır. Key bu barədə öyrənmək istəyəndə Maykl cavabdan imtina edir. Lakin Key onu cavab verməyə məcbur edir və Maykl bu işdə əli olmadığını söyləyir.

Filmin finalında Key Karlonun və başqalarının ölümündə ərinin əlaqəsi olmamasına inanır. O, qapının arasından Klemensonun yeni don kimi Mayklın əlini öpməsinin şahidi olur. Key əri haqqında olan bütün şübhələrin yalan olduğunu başa düşür...


Tarix: 22.02.2013 / 20:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 507 Bölmə: Filimler
loading...