Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Avatar (film, 2009)

"Avatar" — 2009-cu il ABŞ elmi-fantastik filmi. Film insanların və Na’vi adlı yadplanetlilərin qarşılıqlı əlaqələrini, xüsusilə insanların Na’vi aləminə xətərli müdaxiləsini təmsil edir. Filmin adı Pandora planetində tədqiqat aparan və baş qəhrəmanı ilə uzaqdan idarə olunan bir süni bədənlə (avatarla) bağlıdır (hinduizmdə avatarlar allahların təcəssümləridir). Pandoranın gözəl bitki və heyvan aləmində yaşayan Na’vilərin isə öz doğma dili vər.

"Avatar"ın premyerası 2009-cu il dekabrın 10-da Londonda baş vermişdir. Üç Oskar və bir Qızıl Qlobus mükafatını almış, kompyuter qrafikasıyla zəngin "Avatar" dünyanın ən gəlirli (2 milliard dollardan çox) filmi olub.

Süjet

Pandorada Uçan Dağlar.

Əhvalat 2154-cü ildə Pandora planetində baş verir. Həmin planetdə insanların "RDA" ("Resource Development Administration") korporasiyası anobtanium adlı qiymətli mineral çıxarır. Pandora Yerə oxşar bir cisimdir, lakin onun atmosferi insan üçün zəhərlidir və buna görə insanlar maskalar geyirlər. Pandorada hündür, insanabənzər, lakin mavi dərili məxluqlar yaşayırlar.

Anobtanium çıxarmasına görə insan-Na’vi münasibətləri pisləşdirir. Həmin münasibətləri təkmilləşdirmək üçün insanlar Na’viyə oxşar süni bədənlərin (avatarların) yaradılması üzrə proqram həyata keçirirlər. Avatarları isə insanlar uzaqdan idarə edirlər. Lakin onlardan biri, Tom, ölür və Tomun yeri onun əkiz qardaşı Ceyk Salli (Sem Uortinqton) tutmağa başlayır. Pandorada Ceykin avatarı Neytiri adlı bir Na’vi qadınıyla (Zoi Saldana) rast gəlir. Bundan sonra Ceykin avatarına Can Ağacı toxumları enir və Neytiri avatarı öz nəsilə qəbul edir. Çətin öyrənmə nəticəsində Ceykin avatarı Na’vi qabiliyyətləri və davranışına malik olur. Lakin Ceykin tapşırığı Na’vi ilə mürəkkəb münasibətlərinin şəraitlərində boşa çıxır və insanların Pandoradakı hərbi qarnizonun komandanı Maylz Kuoritç (Stiven Lenq) Ceykdən dönür.

İnsan hərbçiləri Na’vi xalqının anobtanium yataqlarının verməməsi səbəbinə görə Pandora təbiətini dağıtmağa başlayırlar. Ox-yayla silahlanmış Na’vilər insanların hərbi texnologiyasına qarşı heç bir şey edə bilmir. Lakin bu anda müdaxiləçilərə qarşı durmuş Pandora təbiəti onlara xidmət edir. Filmin axırında Ceyk tamamilə öz avatara keçir halbuki bəzi avatarlar operatorları Pandorada qalmağa icazə alırlar.

Filmin və xüsusən Na’vi aləminin gerçək dünyayla bir neçə paralelləri var.


Tarix: 21.02.2013 / 19:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 254 Bölmə: Filimler
loading...