Məzmun
Filmdə keçmiş və bu günün hadisələri bir-birinə bağlı, əlaqəli şəkildə verilir.Hər iki dövrdə haqq və haqsızlığın mübarizəsi pritça diliylə, alliqoriya ilə göstərilir.bazar iqtisadiyyatı, özəlləşdirmə, insan haqları, sahibkarlıq mövzularına toxunulur.Bununla paralel olaraq Qız qalası haqqındakı əski əfsanə tamam başqa cür yozulur və düşmənə əyilməyən bir mərd qız kimi təqdim olunur.Filmin qəhrəmanı Fidan iki zaman kəsiyində -keçmişdə və bu gün-yaşayır. Sahibkarlığın inkişaf etdiyi müasir günlərdə özbaşınalığın, pulla hər şeyi həll etməyin mümkünlüyünü düşünən yolunu azmış biznesmen(Məmmədhüseyn) Fidana gözü düşdüyünə görə "Qız Qalası"nı özəlləşdirmək istəyir və hansısa yolla qalanı satın alır. Lakin Fidan qalanı keçmişdə xarici qəsbkardan qoruduğu kimi, indiki zamanda da (Fidan Axundova) biznesmenə qarşı mübarizəyə qalxır. Filmdə həmçinin qızın istəklisi Sabir(Sabir Məmmədov) mitinqlərdə, piketlərdə haqların tələb edilməsi prosesinə qatılan mübariz bir gəncdir. Film biznesmenin mənəvi məhvi ilə nəticələnir. Lakin cəmiyyətimiz hələ də qədim abidələrimizə qənim kəsilən bu cür "biznesmen"lərdən təmizlənməyib.
Filmin heyəti
Film üzərində işləyənlər
Ssenari müəllifi : Əmir Pəhləvan
Quruluşçu rejissor : Vaqif Azəryar
Quruluşçu operator : Yuri Varnovski
Quruluşçu rəssam : Adil Azay
Bəstəkar : Azər Zeynalov
Səs operatoru : Vidadi Samanduyev, Nadir Mikayılov
Montaj edən: Şahin İsbatov
Redaktor : Əhməd Oğuz
Koordinator : Əyyub Sədi
İcraçı prodüser : İlqar Həsənov
Prodüser : Əmir Pəhləvan
Məsləhətçi : Fəttah Heydərov
Rollarda
Fidan Axundova
Sabir Məmmədov-Sabir
Məmmədhüseyn-Biznesmen
Həlimət Məmmədova-Molla
Əsgər Rəhimov
Şahlar Quliyev
Ruhəngiz Allahverdiyeva
Zərnigar Ağakişiyeva
Kamil Sultanov
Səfurə Əzimi
Sahibə Əhmədova
Hafiz Quliyev
Gülüstan Əliyeva-Yasdakı qadın
Munis Şərifov
Təranə Əliyeva
Ayaz Hacıyev
Məhərrəm Qurbanov
Nahidə Orucova
Luiza Venera
Rüfət Budaqov
İshaq Dəvəli
Rəşid Süleymanov
Gürşad Durun
Vaqif Azəryar-Sərkərdə
Tarix: 15.02.2013 / 20:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 739 Bölmə: Filimler