Film haqqında
Con Voytun adı layihədə olsa da, sonradan çıxarıldı.
Çəkilişlərdə Nikolas Keyc parikdən istifadə edirdi. Parikin hamarlanmağına hər gün 3 saat vaxt sərf olunurdu.
Kabus yarışçının səsini əldə etmək üçün səs rejissorları Nikolas Keycin adi səsini lentə alıb üzərində işləyiblər. Bu zaman səsə vəhşi heyvanların nəriltisi, zəncir səsi və s. səslər əlavə edilib.
Nikolas Keyc ssenari yazılanda orada olub. Amma filmin titrlərində onun adı qeyd edilməyib.
Nikolas Keycin bədənində kabus yarışçı tatuajı olmalı idi.
Melburn körpüsündə çəkilişə tamaşa etmək istəyən insanlar yığışırdı. 4 gün ərzində o qədər insan yığışır ki, nəqliyyatın hətəkətinə maneəçilik törədir.
Conni Depp filmdə baş rolu ifa etmək istəyirdi.
Kabus yarışçının kəllə sümüyü rentgen vasitəsilə Nikolas Keycin kəllə sümüyü əsasında düzəldilib.
Çəkilişlər gedən Melburn körpülərindən biri yarımçıq tikilmişdi. Studiya körpüdə təmir işlərini sürətləndirmək üçün müəyyən məbləğ pul ödəməli oldu. Amma çəkilişlər başa çatdıqdan sonra bütün iş yenə də Avstraliya standartları və təhlükəsizlik qaydalarına əsasən yenidən görüldü.
Conni Bleyzin alovlu motosikleti Piter Fondun motosikletinin müasir formasıdır.
Tarix: 21.02.2013 / 19:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 119 Bölmə: Filimler