Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həyat bizi sınayır (film, 1972)

Məzmun
Həyat yoluna yenicə qədəm qoymuş gəncin üç il ərzində qarşılaşdığı insanlar və münasibətlərdən bəhs olunur. Kinolent xeyirxah insanların köməyi ilə həyatın sərt sınaqlarından çıxan gənc metallurqun, yeni tipli fəhlənin-Rəşidin(Fikrət Quliyev) taleyindən söhbət açır.

Film haqqında
Film aktyor Ömür Nağıyevin kinoda ilk işidir.
Film yazıçı Vidadi Babanlının eyniadlı povesti əsasında ekranlaşdırılmışdır.
Filmin çəkilişləri bitdikdən sonra təsdiq olunmaq üçün Moskva Kino İdarəsinin baxışına təqdim olunur. Ssenari müəllifi Vidadi Babanlı bununla bağlı deyir: "Filmdə milli ruhda çəkilən kadrlar çoxluq təşkil edirdi. Həmin kadrlar Moskva Kino İdarəsinin rəhbərliyi tərəfindən filmdən çıxarıldı. Ümumiyyətlə, o dövrdə (Sovetlər Birliyinin mövcud olduğu dövr nəzərdə tutulur) Moskva milli ruhda çəkilən filmlərimizə çox amansız yanaşırdı. Onlar daima çalışırdılar ki, məhz milli ruhla zəngin olan kadrları məhv etsinlər. Bu baxımdan da "Həyat Bizi Sınayır" filmində, təbii ki, ssenariyə əsasən baş qəhrəmanın ifasında çəkilən ən maraqlı kadrlardan birinin filmdən çıxarılması bir müəllif olaraq mənə pis təsir etdi. Bu o kadrdır ki,- Rəşid ustasına corab hədiyyə edir. Sözdə adi görünən bu kadr çəkiliş vaxtı bütün yaradıcı heyəti riqqətə gətirmişdi. Çünki bu kadrda milli ruh güclü şəkildə təsvir olunurdu. Bundan başqa, Rəşidlə Hicranın bir-birinə necə bənd olması və ümumiyyətlə isə Rəşid-Hicran süjet xəttində olan lirik sevgi dünyasına aid kadrlar lentə almışdıq. Moskva bu kadrların hamısını çox amansızca "qayçıladı". Elə buna görə də film yarımçıq təsiri bağışlayır. Düzdür, film tez bir vaxtda ekranlara çıxdı, festivala qatıldı, yer tutdu. Ancaq yarımçıq şəklinə salınmış kadrlar daima məni düşündürdü. O mənada ki, axı Moskvanın marağı nə idi ki, filmlərimiz bu günə salınırdı."… "bütün bunlar o dövrün tələbindən irəli gəlirdi. İstər burada, istərsə də Moskvada belə tələb qoymuşdular ki, sənayeyə, fəhlə əməyinə geniş yer verilsin. İnsan taleyi qalırdı bir tərəfdə, texniki cəhətlər isə geniş şəkildə qabardılırdı. Bu, ədəbiyyatda da özünü büruzə verirdi. Bu tələblər sovet dövrünün mövcud olan qayda-qanunundan irəli gəlirdi. Bütün bunlar guya ki, sovet sisteminin yaxşı tərəfləri idi ki, kinoda da, ədəbiyyatda da qabardılmalı idi. Yəqin elə buna görədir ki, bu gün o dövrdə çəkilən hər hansı bir filmə baxanda və yaxud o dövrdə yazılan hər hansı bir əsəri oxuyanda tam bütövlük hiss etmirik." ("Həyat Bizi Sınayır: Moskva fimi "qayçılayıb" "öldürdü", Ekspres qəzeti, 21.10.2004, səh 18-19, Ulduzə Qaraqızı).
Film 2-ci kateqoriya almışdır.

Festivallar və mükafatlar
1)1972-ci ildə Qorkidə (indiki Nijni Novqorod) fəhlə sinfi haqqında filmlərin Ümumittifaq kinofestivalı
Filmə SSRİ Kinematoqrafiya Komitəsi və SSRİ Kinematoqrafçılar İttifaqının Diplomu verilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Vidadi Babanlı, Mixail Papava
Quruluşçu rejissor : Şamil Mahmudbəyov
Quruluşçu operator : Arif Nərimanbəyov
Bəstəkar : Vasif Adıgözəlov
Quruluşçu rəssam : Fikrət Bağırov, Mayis Ağabəyov
Səs operatoru : Ağahüseyn Kərimov
Rejissor : Mirzəbala Məlikov
Redaktor : İntiqam Qasımzadə, Nataliya Şneyer
Məsləhətçi : R. Faybisoviç
Montaj edən : A. Abramova, Lidiya Vyalsova
Rejissor assistenti : A. Əliyev, Y. Əhmədov
Operator assistenti : Rafiq Əmirov, Ələsgər Ələkbərov (II), Amin Novruzov
Qrim rəssamı : V. Arapov
Quraşdırılmış səhnələrin operatoru : Mirzə Mustafayev
Quraşdırılmış səhnələrin rəssamı : Eduard Abdullayev
Çalır : SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri
Dirijor : D. Ştilman
Filmin direktoru : Bəşir Quliyev
İnzibatçı : Nadir Əliyev

Rollarda
Fikrət Quliyev-Rəşid
Ömür Nağıyev-Fərəc
Şahmar Ələkbərov-Arif
Mayak Kərimov-Murad
Ə. Rzayev-Şumal
Sadıq Həsənzadə-Sadıq
Larisa Lutova-Valya
Xuraman Qasımova-Hicran
Eldəniz Zeynalov-Məsi
Amaliya Pənahova-Münəvvər
Arzu Səfərova-Lalə
Elxan Əhədzadə-Rəşidin qardaşı
Məmmədrza Şeyxzamanov-Murtuz
Əminə Nağıyeva
İ. Muxtəliyev
Əhməd Əhmədov-Qəssab
Süsən Məcidova-Sadıqın arvadı
Q. Şabanov
Q. Baxtiquzina
Q. Mazanov
A. Əliyev
Tatyana Kuznetsova
Lena Tolstova-Qonşu
Ruhəngiz Musəvi-Bazardakı alıcı
Zirəddin Tağıyev(Z. Tağıyev kimi)-Zavod işçisi
Əliabbas Qədirov-Zavod işçisi
Flora Kərimova-Müğənni
S. Süleymanova-Yataqxana işçisi
Eldəniz Rəsulov-Müğənniyə qulaq asan (titrlərdə yoxdur)

Filmi səsləndirənlər
Bahadur Əliyev-Yol milisi (titrlərdə yoxdur)
Pərviz Bağırov-Rəşid (Fikrət Quliyev) (titrlərdə yoxdur)
Əli Zeynalov-Hamlet (titrlərdə yoxdur)
Dadaş Kazımov (titrlərdə yoxdur)
Əliabbas Qədirov-Fərəc (Ömür Nağıyev) (titrlərdə yoxdur)
Yusif Vəliyev-Sadıq (Sadıq Həsənzadə) (titrlərdə yoxdur)
Hamlet Xanızadə-Müəllim (titrlərdə yoxdur)
Əminə Yusifqızı-Hicran (Xuraman Qasımova) (titrlərdə yoxdur)


Tarix: 14.02.2013 / 21:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 428 Bölmə: Filimler
loading...