"Marni" (ing. Marnie) — rejissor Alfred Hiçkokun filmi.Mündəricat
1 Məzmun
2 Filmin heyəti
2.1 Film üzərində işləyənlər
2.2 Rollarda
Məzmun
Filmin baş qəhrəmanı Marni Edqar yaşayış tərzini bir şey təmin edir: qondarma adla və sənədlə ayrı-ayrı şirkətlərdə işə girmək və orada bir müddət işlədikdən sonra yoxa çıxmaq. Özü də şirkətin pullarını oğurlamaqla aradan çıxmaq və öz arxasınca heç bir iz buraxmamaqla. Marni uzun müddət ələ keçməməyə nail olur. Lakin onun keçmiş qurbanlarından biri olmuş Mark Ratlend, Marnini onun yanında işə düzəldikdə ifşa edir. Mark Marnini polisə vermir, təkcə şantaj edir. Şantaj isə bundan ibarət idi ki, Marni ya Marka ərə getməli idi, ya da o, Marnini polisə verəcəkdi. Tezliklə Mark qadının komplekslərindən xəbər tutur. O, Marninin kişilərlə əlaqəyə, ildırıma və qırmızı güllərə fobiyası olduğunu bilir.
Rejissor bu filmində Marnini belə təsvir edib: "Bu özünün kim olduğunu bilməyən qadın haqqında filmdir. O, psixopat, kleptomandır. Onun qəribə fobiyaları var. Tezliklə Marni bu hisslərin onda haradan yarandığını başa düşür".
Filmin heyəti
Film üzərində işləyənlər
Ssenari müəllifləri : Uinston Qrehem, Cey Presson Allen
Rejissor : Alfred Hiçkok
Operator : Robert Börks
Bəstəkar : Bernard Herrmann
Prodüser : Alfred Hiçkok
Rollarda
Şon Konneri – Mark Ratlend
Tippi Hedren – Marni Edqar
Dayan Beyker – Lil Meynuorinq
Martin Qabel – Sidni Stratt
Luiz Letem – Bernes Edqar
Bob Suini – Bob
Milton Selzer – yoldakı kişi
Meriett Hartli – Süzan Klebon
Alan Napyer – cənab Ratlend
Brüs Dern – dənizçi
Henri Bekman – birinci detektiv
S. Con Launer – Sem Uord
Edit Evanson – xadimə Rita
Meq Uilli – xanım Tarpin
Alfred Hiçkok – mehmanxana nömrəsini tərk edən kişi
Tarix: 19.02.2013 / 20:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 224 Bölmə: Filimler