Məzmun
Kino əsəri tamaşaçılara, xüsusilə gənc nəslə humanist hisslər aşılayır, insanların bir-birinə kömək əli uzatmalarının, yardım etmələrinin vacibliyindən danışır.
Filmdəki hadisələri tamaşaçılar ucqar dağ kəndinin qoca ağsaqqalının gözü ilə görür. Xalıq kişinin(Ələddin Abbasov) özü və onun nisbətən cavan nəsildən olan yerliləri ilə tanış olurlar. Hadisələrin inkişafı prosesindən aydın olur ki, cəmiyyətin içində yaşamaq hələ bu cəmiyyətin üzvü olmaq demək deyil, bunu son öz əməlinlə, öz hərəkətlərinlə sübut etməlisən.
Film haqqında
Film Yusif Əlizadənin quruluşçu rejissor kimi kinoda ilk işidir.
Film şair və dramaturq Bəxtiyar Vahabzadənin eyniadlı hekayəsi əsasında ekranlaşdırılmışdır.
Filmin heyəti
Film üzərində işləyənlər
Quruluşçu rejissor : Yusif Əlizadə
Ssenari müəllifi : Bəxtiyar Vahabzadə
Quruluşçu operator : Rafiq Əliyev (III)
Quruluşçu rəssam : Rafiz İsmayılov
Bəstəkar : İdris Zeynalov
Səs operatoru : Teymur Abdullayev
Rollarda
Ələddin Abbasov-Xalıq
Tofiq Bayramov-Musaxan
Əliqulu Səmədov-Əjdər
Sofa Bəsirzadə-Tükəz qarı
Tarix: 15.02.2013 / 20:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 297 Bölmə: Filimler