Məzmun
Filmdə baş personaj "Videofilm" studiyasının operatoru Süleymandır. Süleyman yaradıcı insan olduğundan daim öz yeni qəhrəmanlarının axtarışındadır. Onun yanına tez-tez mələklər gəlir, Süleymana yeni həyata başlamaq üçün məsləhətlər verirlər. Ancaq o mələklərin tövsiyyələrindən bəhrələnə bilmir. Süleymanın ətrafında baş verən qəribə hadisələr onu daha maraqlandırmır. Onun düşüncələri çoxsaylı labirintlər çərçivəsinə qapanıb. Və özü də bilmir ki, bu cür vəziyyətə nə vaxtdan düşüb - 1 il, 1 ay yoxsa 1 gün.[1]
Film haqqında
Rəbiyyə Səyyadinin "Eyya Adası" hekayəsinin motivləri əsasında çəkilmişdir
Qədim yunan yazıçısı Homerin "Odisseya" poemasından bir neçə qəhrəman personaj kimi filmə daxil edilmişdir.
Filmin heyəti
Film üzərində işləyən
Əsərin Müəllifi : Rəbiyyə Səyyadi
Ssenari müəllifi : Vəli Səyyadi, Elçin Musaoğlu
Quruluşçu rejissor : Elçin Musaoğlu
Quruluşçu operator : Əlövsət Aslanov
Quruluşçu rəssam : Vəli Səyyadi
Səs rejissoru : Firudin Hüseynov
Montaj edən : İlham İsayev
Filmin direktoru : Sahib Heybətov
Tarix: 16.02.2013 / 19:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 179 Bölmə: Filimler