Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Otello (film, 1955)

"Otello" (rus. Отелло) — rejissor Sergey Yutkeviçin filmi.Mündəricat
1 Məzmun
2 Səhvlər
3 Filmin heyəti
3.1 Film üzərində işləyənlər
3.2 Rollarda


Məzmun

Dezdemona Venesiya taciri olan atası Brabansiodan gizli şəkildə Venesiya generalı mavr Otello ilə nikah bağlayır. Miçman Yaqo Otelloya nifrət edir. Elə buna görə də Yaqo Otellonu inandırmağa çalışır ki, Dezdemona ona xəyanət edir. Namusunun əldən getməsi ilə heç cür barışa bilməyən Otello öz arvadı Dezdemonanı boğub öldürür. Lakin tezliklə hər şey bəlli olur. Otello heç nəyin üstündə sevimli arvadı Dezdemonanı öldürdüyü üçün özünü bağışlamır və xəncərlə intihar edir.

Səhvlər
Film Uilyam Şekspirin "Otello" faciəsi əsasında çəkilmişdir.
Filmdə olan səhnələrdən birində gəminin arxa hissəsində Rusiyanın üçrəngli bayrağını görmək mümkündür.

Filmin heyəti

Film üzərində işləyənlər
Əsərin müəllifi : Uilyam Şekspir
Ssenari müəllifi : Sergey Yutkeviç
Quruluşçu rejissor : Sergey Yutkeviç
Operator : Yevgeni Andrikanis
Rəssamlar : Arnold Vaysfeld, Valeri Dorrer, Mixail Karyakin

Rollarda
Sergey Bondarçuk – Otello
İrina Skobseva – Dezdemona
Andrey Popov – Yaqo
Vladimir Soşalski – Kassio
Yevgeni Vesnik – Rodriqo
Antonina Maksimova – Emiliya
Yevgeni Teterin – Brabansio
Mixail Troyanovski
Aleksey Kelberer – Montano
N. Brillinq – Lüdoviko


Tarix: 23.02.2013 / 16:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 275 Bölmə: Filimler
loading...