Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Övladlarınız haqqında dahiyanə sitatlar

1. Uşaq vaxtı özümü çox tənha hiss edirdim; hələ də elə hiss edirəm, çünki bəzi şeyləri bilirəm və bunları heç bilməyən, ya da bilmək istəməyən insanlara bəzi ipucları verməyə çalışıram. (Karl Qustav Jung)

2. Övladlarınızı dövrünüz üçün deyil, onların dövrü üçün yetişdirin. (Hz.Əli)

3. Uşaqları yaxşı böyütməyin ən yaxşı yolu onları sevindirməkdir. (Oskar Uayld)

4. Uşağa gözəl ad qoymaq lazımdır ki, həyat boyu xəcalət çəkməsin. (Nəsrəddin Tusi)

5. Uşağını itirən ana üçün hər gün ilkdir; yarası heç vaxt qaysaqlamaz. (Viktor Hüqo)

6. Uşaqların nəsihətdən çox yaxşı nümunəyə ehtiyacı var. (Jozef Jubert)

7. Uşaq olanda anam mənə deyirdi ki, əsgər olsan, general olacaqsan, keşiş olsan, papalığa qədər yüksələcəksən. Amma mən rəssam oldum və Pikasso olaraq qaldım. (Pablo Pikasso)

8. Kimsə həyatı boyu böyük uşaq kimi qalmayıb, ciddi, ağıllı və məntiqli biri olsa, dünyanın çox işinə yarayar və yaxşı vətəndaş ola bilər, amma dahi ola bilməz artıq. (Artur Şopenhauer)

9. Uşağa və donuza istədiyi hər şeyi versəniz, nəticədə çox yaxşı donuzunuz və çox pis uşağınız olar. (H.Jekson Braun)

10. Əgər siz uşaqlarda dəcəllik hissini öldürsəniz, heç vaxt müdrik insan yetişdirə bilməzsiniz. (Jan Jak Russo)

11. Unutmayın, uşaqlarınız sizin deyil. Onu Yaradandan borca götürürsünüz. (Hindu atalar sözü)

12. Uşaqlara susmağı öyrədin, danışmağı onlar özləri də bacarar. (Benjamin Franklin)


Tarix: 10.12.2014 / 16:02 Müəllif: Aziza Baxılıb: 528 Bölmə: Dahilerin sözleri
loading...