Yalan olan yerdə məhəbbət olmaz.Yaxşılıqla azad adamları da qul etmək olar.
Öz qədrini bilən insana ölüm qorxulu deyil.
Hər bir adam öz dilinin arxasında gizlənir.
Yaxşılıqla azad adamları da qul etmək olar.
Danışanın özünə yox, sözünə daha çox diqqət et.
Zülmlə qələbə əldə etmək olmaz.
Təkəbbürlü adamı heç kəs tərif etməz.
Paxıl adamın rahatlığı olmaz.
İnsanlar öz valideynlərindən daha çox zəmanələrinə bənzəyirlər.
Nadanlıqdan betər dərd yoxdur.
Ağlın azlığından betər xəstəlik olmaz.
Dilinə nəyi öyrətsən, sənə o şeyi qaytarar.
İnsan bilmədiyi şeyin düşmənidir.
Nadan adamın xoşbəxtliyi zibillikdə olan bağ-bağça kimidir.
İnsan o vaxt azad olur ki, öz vədəsinə vəfa edir.
Lazım olmayan şeyi tələb edən şəxs lazım olan şeyi də əldə edə bilmir.
Qeybətə qulaq asan insan qeybət edənlərdən biridir.
Qəlbi çətin işlərə məcbur etsən, kor olar.
Çox razılığa gəlməyin və çox ədavətin axırı ayrılıqdır.
Zülm edən insan özünü məhvə doğru aparır.
Ən böyük əsl-nəcabət ədəbli olmaqdır.
Tamah olan başda ağıl olmaz.
Axmaq kimsənin qəlbi dilinin dalında olur. Yəni axmaq adam qabaqca danışıb sonra fikirləşir.
Ehtiyac bacarıqlı adamı da öz əqidəsindən döndərər və heç kəs onun sözlərinə inanmaz.
Doğulduğum gündə də öldüm.
Arvad malı alçaq qapı kimidir, girəndə də adamın başına dəyir, çıxanda da.
Tarix: 10.12.2014 / 15:36 Müəllif: Aziza Baxılıb: 110 Bölmə: Dahilerin sözleri