Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Brüs Uillis təcrübəsi

Mən balaca olanda, 40 yaşlı adamlar mənə qoca görünürdülər. Mən indi illərin yükünü hiss etmirəm, amma üzümdə qırışlar hiss edirəm. Çox gülmüşəm. Özümü ruhən 25 yaşında hiss edirəm. Amma içkini atmışam. Məncə, uşaqları olan adam içməməlidir. Mən öz uşaqlarımın xatirinə daha çox yaşamaq istəyirəm. Onlarla qaçmaq istəyirəm.

Uşaqlarımı böyüdərkən, əsas bir şeyi öyrəndim: İnsanın qaydaları olmalıdır. İnsan, günahkar olduğu halda məsuliyyətli olmalı və günahkar olduğunu etiraf etməlidir. Beləcə uşaqlar, sənin etiraf etdiyini biləcək və etiraf etməyi öyrənəcəklər. Məsələn, onlara deyirəm ki, insanları narahat etməyin. Açığı bu, qızlarım uşaq olarkən onlara ən çox verdiyim nəsihətdir.

Övladlarımı güldürürəm. Qəribə hərəkətlər edirəm və onlara saflığın gözəl olduğunu göstərirəm. Məncə uşaqları güldürmək lazımdır. Düşünəcək çox şey yoxdu. Əcaib-qəraib hərəkətlərlə başlaya bilərsiniz. Onları həqiqətən güldürəcək hər şey işinizə yarayacaq.

İlk dəfə ölümü düşündüyüm an ilk qızımın dünyaya gəldiyi andır.

Daha az insanla əylənməyə üstünlük verirəm. Uşaqlarıma və həyat yoldaşıma aşiqəm. Dostlarım tez-tez bizə gəlir. Uşaqlarım yanımda mümkün qədər çox olmağa çalışırlar. Birlikdə axşam yeməyi yeyib, yaxşı vaxt keçiririk.

Filmlərdə rol oynamağa başlayanda, qaça bilmirdim. Cəld tərpənə bilmirdim, yumruq ata bilmirdim. İdmana başladıqdan sonra, rollarımı daha yaxşı oynamağa başladım.

Mən bilirəm, məşhur olmaq nə deməkdir. Və bunun hesabına mən həm də əsl dostluğun nə olduğunu bilirəm. Mənim dostlarımın əksəriyyəti mənim kasıb vaxtlarımdan qalanlardır. Onlar bir nəfər kimi mənim indiki vəziyyətimə ciddi yanaşmamağıma kömək olurlar.

İnsan həyatı təxminən belə bir rəsmə bənzəyir: o doğulur yeriməyə başlayır, güclənir, sonra yaşlanır, beli bükülür, ayaqları tutmur… İnsan bu tablonu otağında asmalı və hər gün qalxanda özünün hansı yerdə olduğunu görməlidir. Onda insan biləcək ki, nə qədər ömrü qalıb və vaxtını boş yerə xərcləməməlidir. 90 il yaşasan da, həyat qısadır. O həyatı dolğun yaşamaq lazımdır. Hər dəqiqənin, hər anın qədrini bil, sonra bir gün gözünü açanda görəcəksən gecdir. Mən əminəm ki, bütün insanlar üçün ölüm gözlənilməz gəlir.


Tarix: 10.12.2014 / 16:02 Müəllif: Aziza Baxılıb: 236 Bölmə: Dahilerin sözleri
loading...