Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həqiqət uçurumun dibindədir

Tərbiyə xoşbəxt günlərdə insanın bəzəyi, bədbəxt günlərdə sığınacaq yeridir.Demokrit

Qorxudan yaltaqlıq törəyir.

Ata-ananın mehriban münasibəti övlad üçün ən yaxşı tərbiyədir.

Kimin rastına yaxşı kürəkən çıxıbsa, o, yaxşı oğul qazanıb, pis kürəkən çıxıbsa, qızını da itirib.

Dostluğu doğuran, duyğulardakı uyğunluqdur.

Ədalətsizlik edən ədalətsizliyə məruz qalandan daha bədbəxtdir.

Həqiqət uçurumun dibindədir.

Biz insanıq, bizə insanların acılarına gülmək yaraşmaz, insanların acılarına kədərlənmək yaraşar.

Ağılın üç göstəricisi vardır: Yaxşı düşünmək, yaxşı söyləmək və yaxşı etmək.

Bir şeyi şiddətlə arzulamaq ruhunu başqa şeylər üçün kor etməkdir.

Qısqanc insan düşməninə pislik etdiyi kimi, özünə də pislik edir.

Biz heç bir şey bilmirik. Doğru ancaq həqiqətin dərinliyində tapıla bilər.

Atomlar və boşluqdan başqa bir şey mövcud deyil, geri qalan hər şey sadəcə düşüncədir.

Doğru düşünənlərin ümidləri reallaşa bilən ümidlərdir, beyinsizlərin ümidləri isə reallaşmayan ümidlərdir.

Ziddiyyəti və boş sözləri sevən biri ciddi nəsə öyrənə bilməz.

Yalnız düşməninə qalib gələn deyil, həvəslərinə hakim olan da hünər göstərmiş olar.


Tarix: 10.12.2014 / 16:00 Müəllif: Aziza Baxılıb: 120 Bölmə: Dahilerin sözleri
loading...