Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Bismillah" ın siması

1. "Bismillah" ilahi rəng göstəricisi, tovhid cəhətinin nişanıdır. İmam Rza(ə) buyurmuşdur:
-"Bismillah" insanın özünə Allah bəndəsi nişanı vurmasıdır.

2. "Bismillah" tovhid rəmzidir. Bu ad əvəzində başqa adın çəkilməsi küfr rəmzi sayılır. Allah adını başqa adlarla bir tutmaq isə şirk əlamətidir. Nə Allahın adı ilə yanaşı, nə də Onun adının yerinə başqa ad çəkməyək. Allahın təkcə zatı yox, adı da şəriksizdir.

3. "Bismillah" davam rəmzidir. Çünki Allah boyasında olmayan hər bir şey fanidir.

4. "Bismillah" Allaha eşq və Ona təvəkkül rəmzidir. Rəhman və Rıhim olan kəsə sevgi göstərək, işimizi Ona təvəkküllə başlayaq. Onun adını çəkmək mərhəmətinin cəlb olunması səbəbidir.

5. " Bismillah" təkəbbürdən uzaqlaşma və ilahi dərgaha acizliyin izharı rəmzidir.

6. " Bismillah" bəndəlik yolunda ilk addımdır.

7. "Bismillah" şeytanın qaçması səbəbidir. Allaha yaxın olan insana şeytan təsirsizdir.

8. " Bismillah" işlərin paklıq və sığortalanma səbəbidir.

9. " Bismillah" Allahın zikridir. Yəni, " Bismillah" deyən kəs Allahı unutmadığını bəyan edir.

10. " Bismillah" insanın məqsədini açıqlayır. İnsan " Bismillah" deyərkən izhar edir ki, Pərvərdigara hədəfim xalq, zalım hakimlər, görüntülər, həvəslər yox, yalnız Sənsən!

11. İmam Rza(ə) buyurmuşdur:
-"Bismillah" İsmi-Əzəmə gözün qarası ağına yaxın olduğundan da yaxındır.

12. Allah öz bəndələri, bəndələr isə öz məbudları ilə sözə " Bismillah" -la başlayırlar.


Tarix: 10.12.2014 / 12:17 Müəllif: Aziza Baxılıb: 156 Bölmə: Dahilerin sözleri
loading...