Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pechenye Ogrusu...

Bir qadın aeroportda əyləşmiş, gözləyirdi . Təyyarənin qalxmasına çox zaman var idi. Aeroportdakı kioskdan sevdiyi yazıçının kitabı ilə bir paket peçenye alıb, özünə oturmaq üçün rahat bir yer tapdı və kitabı açıb oxumağa başladı.
Fikrini kitab oxumağa o qədər vermişdi ki, bir ara yanında oturan adamın olduqca cürətli şəkildə aralarındakı paket...dən bir-bir peçenye götürüb yediyini gördü, ancaq ö...zünü görməməzliyə vurdu. Bir yandan kitabını oxuyub, bir yandan da saatına baxırdı. “Peçenye oğrusu” isə bu vaxt ərzində yavaş yavaş peçenyeləri yeyirdi. Qadının gözü saatda idi, amma bunlar hirslənməyinə mane ola bilmirdi. Öz-özünə düşünürdü: “Nəzakətli bir insan olmasaydım yumruğumla bu adamın gözünü göyərdərdim.”
Amma peçenyedən hər dəfə götürəndə həmin adam da əlini uzadırdı.
Axırda paketdə bircə peçenye qaldığı vaxt, “Görək indi nə edəcək?” deyə düşündü qadın. Adam üzündə əsəbi bir gülümsəmə ilə sonuncu peçenyeni götürdü və onu ortadan böldü. Yarısını ağzına atdı, digər yarısını da qadına verdi. Qadın, peçenyeni adamın əlindən hirslə dartıb aldı. “Allahım, necə də kobud insandır... Peçenyemi oğurladığı bəs deyilmiş kimi, heç adicə təşəkkür də etmədi.” dedi ürəyində. Həyatında bu qədər hirsləndiyini xatırlamırdı.
Təyyarəyə minik başlaması haqqındakı anonsu eşidəndə dərin bir nəfəs aldı. Əşyalarını yığışdırdı və çıxış qapısına yönəldi. “Peçenye oğrusu”na heç dönüb baxmadı. Təyyarəyə mindi və rahat kresloya oturdu. Sonra oxuyub başa vurmaq üzrə olduğu kitabını çıxarmaq üçün əlini çantasına uzatdi.
Birdən gözləri təəccüb içində açıldı. Bir paket peçenye çantasının içində idi! Çarəsizlik içində inildədi, “Bunlar mənim peçenyem idisə, digərləri də onun idi və o öz peçenyesini mənimlə bölüşdü.”
Üzr istəmək üçün çox gec olduğunu anladı kədərlə. Kobud olan “Peçenye oğrusu" əslində onun özü idi...!

Həyat, başqalarını günahlandırmadan əvvəl, dönüb özümüzü də nəzərdən keçirməyimiz lazım olan yerdir.


Tarix: 19.11.2013 / 04:01 Müəllif: Akhundoff Baxılıb: 118 Bölmə: Dahilerin sözleri
loading...