Bu problemlə bir çox insanlar üzləşir. Pəncələrdə, barmaqlar arasında, bədənin digər yerlərində dəri qızarır, iltihablaşır, soyulur, güclü qaşınır. Tibbdə buna mikoz deyilir.
Mikoz daha təz-tez hallarda ayaqları zədələyir. Lakin mikoz insanın bədəninin digər hissələrində də (ovuclarda, əl barmaqları arasında, sinədə, beldə, budlarda, cinsiyyət orqanları nahiyəsində) inkişaf edə bilər. Buna niyə məhz «göbələk» deyilir? Bu iltihabı həqiqətən də mikroskopik göbələk törədir.
Adətən bu xəstəliyə insanlar digər insanlardan hovuza, hamama, saunaya, idman zalına getdikdə tutulurlar. Bu səbəbdən xəstəliyin profilaktikası üçün belə yerlərdə ayaqyalın gəzməyin, özünüzlə şap-şap götürün. Bu infeksiyaya yoluxmaq çox asandır, lakin onu müalicə etmək üçün bəzən çox vaxt tələb olunur.
Digər insanın ayaqqabısını, paltarlarını geyindikdə, digər insanın dəsmalından istifadə etdikdə də insan göbələyə yoluxa bilər.
Dar, müxtəlif dərini əvəz edən ucuz materiallardan hazırlanan ayyaqqabı geyinən insanlar bu xəstəliyə daha tez-tez tutulur. Belə ayaqqabıda ayaqlar daha güclü tərləyir ki, bu da nəticədə göbələyin çoxalması üçün çox yaxşı şərait yaradır. Beləliklə, ayaqlarda göbələyin profilaktikasının əsas şərtlərdən biri — keyfiyyətli və rahat ayaqqabıların geyinilməsidir.
İmmun sistemi zəif olan və ya hər hansı xroniki xəstəliyi olan (məsələn, şəkərli diabet) insanlar mikozun inkişafına daha çox meyilli olurlar.
Mikoz insanın sağlamlığı və həyatı üçün təhlükə yaratmır və fəsadlar vermir. Lakin müalicə etmədikdə xəstəlik uzun müddət ərzində keçmir, insana narahatçılıq verir, bədənin digər hissələrinə yayıla bilər. Bu səbəbdən göbələk mütləq müalicə olunmalıdır. İlk növbədə dermatoloqa müraciət etmək lazımdır. Mikozun simptomları digər dəri xəstəliklərinin simptomlarına oxşaya bilər və bu halda yalnız mütəxəssis dəqiq diaqnoz qoyub lazım olan müalicə təyin edəcək.
Göbələklə mübarizədə ən effektli vasitələr xüsusi göbələk əleyhinə olan kremlər, məlhəmlər və gellərdir. Bu preparatlar apteklərdə reseptsiz satılır.
Bəzi belə krem və məlhəmlərin tərkibində cüzi miqdarda hormonlar daxildir (məsələn, hidrokoptizon). Belə vasitələr tez bir zamanda qaşınmanı aradan qaldırır, iltihabı azaldır.
Lakin bu vasitələrdən düzgün istifadə etmək lazımdır ki, lazım olan effekt əldə olunsun. Əvvəl ayaqlar (və ya əllər və ya digər göbələklə zədələnmiş bədən hissəsi) sabunla yaxşı yuyulmalı və yumşaq dəsmalla qurulanmalıdır. Göbələk pəncədə olduqda, vasitə tək zədələnmiş yerə deyil, pəncənin bütün səthinə çəkilməlidir. Göbələk barmaqlar arasında olduqda, zədələnmiş barmaqlara və onlara yaxın olan dəriyə göbələkəleyhinə krem çəkilir. Göbələk bədəndə olduqda, zədələnmiş dəriyə və ətrafda olan sağlam dəriyə (2 sm) göbələk əleyhinə krem və ya məlhəm çəkilməlidir ki, sağlam dəridə yerləşə bilən göbələk ocaqları yox olunsun.
Bu vasitələr adətən gündə 2 dəfə olmaqla 4-6 həftə ərzində dəriyə çəkilməlidir. Əgər hətta 1-2 həftədən sonra dəri tam sağalarsa, müalicəni davam etmək lazımdır. Bu xəstəliyin yenidən inkişaf etməsinin ehtimalını azaldır.
Göbələk ayaqlarda olduqda, müalicə zamanı bütün corablar mütləq dezinfeksiya olunmalıdır. Bunun üçün onlar paltaryuyan maşınında 60 C-də adi camaşır tozla yuyulmalıdır. Ayaqqabılar da xüsusi sprey və ya tozlarla (apteklərdə satılır) işlənməlidir.
Tarix: 27.11.2014 / 14:10 Müəllif: Aziza Baxılıb: 98 Bölmə: Dəri-zöhrəvi xəstəliklər