Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dəri-zöhrəvi xəstəliklərDəri infeksiyaları

Tetanus ağır kəskin infeksion xəstəlikdir.
İnfeksiyanın giriş qapılarını nəzərə almaqla aşağıdakı tetanus növləri ayırd olunur: 1) travmatik tetanus; 2) iltihabi proseslərin nəticəsi olan tetanus.
Tetanus zamanı inkubasion dövr 5 gündən 14 günə qədər davam edir. Bir sıra hallarda 1 — 4 günədək qısalır və ya 30 günə qədər uzanır. Xəstəlikdən əvvəl başağrısı, yüksək dərəcədə əsəbilik, çox tərləmə, yara ətrafında gərginlik, yüngül ağrı və əzələ dartılmaları şəklində prodromal hallar ola bilər.
Xəstəlik çox vaxt kəskin başlanır. Tetanusun başlanğıc simptomlarından biri çeynəmə əzələlərinin ağızın açılmasını çətinləşdirən qıcolma şəklində yığılmalarıdır. Çox ağır hallarda dişlər bir-birinə möhkəm sıxılır və ağzını açmaq mümkün olmur. Bunun ardınca mimiki əzələlərin qıcolmaları Ardı »

Dəri-zöhrəvi xəstəliklərKuperoz

Kuperoz dəridə qan dövranının pozulmasına deyilir.Bu xəstəlik ilə kosmetoloji və dermatoloji müalicə üsullarının köməkliyi ilə mübarizə aparmaq olar.Kuperoz ilə xəstələnmənin əsas səbəbi həssas dəriyə sahib olmanızdır.Beləki, bu zaman üz dəriniz əlverişsiz mühit şəraitində ona qaşınma, göynəmə, iltihablaşma, qızarma kimi əlamətlərlə reaksiya edəcəkdir. Üzün daha çox çənəaltı. burun, alın nahiyyələri və yanaq dərisində müşahidə oluna bilər.Ancaq konkret olaraq istənilən nahiyyədə və sərhədsiz bir şəkildə inkişaf edə bilər.Daha sonra isə üz dərinizin damarları genişlənir, elastikliyini və qızarıqlığını itirir və şişkinlik daimi xarakter almağa başlayır.Bu daha çox parlaq dəriyə sahib insanlarda müşahidə olunur.

Kuperozun səbəbi :

Bu kosmetik defekt ilə büruzə edən xəstəlik çox sərt Ardı »

Dəri-zöhrəvi xəstəliklərCinsi yolla keçən infeksiyalar

Antibiotik əsri olan dövrümüzdə cinsi yol ilə keçən infeksiyalar çox zaman gizli şəkildə, aşkar əlamətlər olmadan keçir. Bu, ikiqat təhlükə yaradır: bir tərəfdən belə xəstələr öz tərəf müqabilləri üçün yoluxma mənbəyinə çevrilir, digər tərəfdən infeksiya xəstənin özünə çoxsaylı fəsadlar törədir. Cinsi yol ilə keçən in- feksiyalar (CYKİ) - zöhrəvi xəstəliklərdən daha geniş anlayışdır.

«Cinsi yol ilə keçən infeksiyalar» anlayışına zöhrəvi xəstəliklərdən başqa, onlar qədər ağır fəsad törətməyən, lakin kişi və qadınlarda çoxsaylı fəsadların yaranmasına səbəb olan bir çox digərləri də daxildir. Bütün bu infeksiyaların fərqli cəhəti onların çox zaman simptomsuz keçməsi və insanın öz tərəf müqabilləri üçün yoluxma mənbəyi olaraq qalmasından ibarətdir.

BÖYÜK Ardı »

Dəri-zöhrəvi xəstəliklərÜzdə sızanaq yaradan qidalar

Üzdəki sızanaqların yaranmasının bir çox səbəbləri olsa da, gündəlik qidalarımızın da bunda müəyyən rolu var.

Pəhriz saxlayanlar üçün nəzərdə tutulmuş içkilər:

Belə içkilərin tərkibində olan maddələr üzdə sızanaq yaranmasının başlıca səbəblərindən biridir. Dərinin pH səviyyəsini aşağı salan belə süni içkilərdən uzaq durub evdə hazırladığınız təbii meyvə sularını və kompotları içmək daha məsləhətdir.

İşlənmiş qidalar:

Marketlərdə satılan qablaşdırılmış qidalar, hazır meyvə suları, pizza, hamburger və s. belə qidalar sırasındadır. Bu qidaların tərkibində xüsusi kimyəvi maddələr olduğu üçün allergiya da yarada bilər. Sizə bu qidalardan hansının təsir edib, hansının təsir etmədiyini test edərək yoxlaya bilərsiniz.

Ədviyyat:

Həddindən artıq ədviyyatlı qidalar istifadə etməyiniz həzm prosesinə zərər verə bilər. Bu Ardı »

Dəri-zöhrəvi xəstəliklərVitiliqo xəstəliyi

Vitiliqo xəstəliyi (latın dilində «vitium» — «qüsur») qazanılmış xroniki xəstəlikdir. Bu xəstəliyin əsas simptomu xəstənin dərisində əmələ gələn ağ rəngdə ləkələrdir.

Dəridə olan «melanin» adlı xüsusi piqmentin (məhz bu piqment bizim dərimizi adi normal rəngə «boyayır») azalmasına və ya yoxluğa görə, bu ləkələr adətən böyüməyə, bir biri ilə birləşməyə, yeni yerlərdə əmələ gəlməyə meyllidirlər. Ləkələrin ölçüləri, formaları və yerləşməsi hər bir xəstədə fərdidir.

Bu xəstəlik hətta bizin eramızdan bir neçə əsr əvvəl məlum idi. Qədim Misir papiruslarında dəridə ağ ləkələri olan insanlar haqqında məlumat tapılıb.

Ümumdünya Səhiyyə təşkilatının məlumatlarına əsasən, hal hazırda dünyada orta hesabla 30 mln. insanlar bu xəstəlikdən əziyyət Ardı »

Dəri-zöhrəvi xəstəliklərGöbələk xəstəlikləri

GÖBƏLƏK XƏSTƏLİKLƏRİ dərini, saçları və dırnaqları zədələyən göbələklər tərəfindən törədilir. Bunlar yoluxucu xəstəliklərdir. Xəstəliyi yoluxduran göbələk sporları isə epidermis pulcuqları, tökülmüş tük və saçlar vasitəsilə keçirilir. Bu xəstəliklərin yayılmasında heyvanlar (pişiklər, siçanlar, qaramal, davar, atlar) da böyük rol oynayır.
Mikrosporiya xüsusilə çox yoluxucudur. O əsasən uşaqlar arasında yayılmışdır. Başlıca yoluxdurucu pişiklərdir. Zədələnmə ocaqları saya dəridə- halqaşəkilli eritematoz disklərlə yerləşir. Disklər arasında isə sağlam dəri zolaqları qalır. Mikroskopiya başın tüklü hissəsini tutduqda, burada xeyli iri (diametri 5 — 6 sm qədər) və kəskin surətdə məhdudlaşmış dairəvi zədələnmə ocaqları əmələ gəlir. Bu sahələrin dərisi asbest-şəkilli nazik qabıqla örtülür. Zədələnmə ocaqlarındakı saçların demək olar ki, Ardı »

Dəri-zöhrəvi xəstəliklərZöhrəvi xəstəliklər-sifilis və süzənək

Süzənək - əksəriyyətlə sidik - cinsiyyət üzvü yolunu zədələyən ümumi yoluxucu xəstəlikdir. Xəstəliyin törədicisi - qonokokkudur. İnkubasiya dövrü orta hesabla 3-6 gün davam edir. Xəstəlin istər kişilərdə və istərsə qadınlarda siyimək zamanı sidik kanalına kəskin ağrı və sidik kanalından çoxlu irinli ifrazatın çıxması ilə başlanır. Müalicə olunmadıqda və ya o kifayət qədər edilmədikdə xəstəlik uretranın arxa hissəsinə yayılır. Bu zaman siyimənin sonuna yaxın ağrılar şiddətlənir və tez-tez işəmə meyli hiss edilir.
Şəxsi profilaktika aşağıdakı qayda üzrə keçirilir. Kişilərdə: 1) gələn xəstə siyiyir və əllərini sabunlu su ilə diqqətlə yuyur;
2) cinsiyyət üzvünü, xaya kisəsini, qasığı budu və aralığı isti su və Ardı »

Dəri-zöhrəvi xəstəliklərDəri xəstəlikləri

Dəri xəstəliklərindən bəhs edən elmə dermatologiya deyilir.
Dəri xəstəliklərinin əlamətləri. Yerli - gicişmə, göynəmə, ağrı, dartılma, yandırma, bir sıra hissiyyat pozulmaları və s. ümumi - üşütmə, qızdırma, yuxusuzluq, iştahasızlıq, əsəbilik və s. olur.
Dəridə morfoloji dəyişikliklər - ləkə, köpüşük, düyüncük, qabaq, düyün, suluq, irinlik, kəpək, qartmaq, dəmrovlaşma, eroziya, ekssudasiya, xora, çat, çapıq və s. törənə bilər.
Ləkə. Dərinin və selikli qişanın məhdud bir sahəsinin rənginin dəyişilməsinə ləkə deyilir. Ləkə üç cür olur: iltihab, hemorragiya və piqment ləkələri.
Köpüşük. Xüsusi dəfinin (dermanın) məməyəbənzər təbəqəsində baş vermiş kəskin iltihablı şişkinliklərə köpüşük deyilir. Köpüşüyün xüsusiyyəti ondan ibarətdir ki, o, müəyyən ekzogen və endogen səbəblərdən gözlənilmədən aşkar olur və Ardı »