Antibiotik əsri olan dövrümüzdə cinsi yol ilə keçən infeksiyalar çox zaman gizli şəkildə, aşkar əlamətlər olmadan keçir. Bu, ikiqat təhlükə yaradır: bir tərəfdən belə xəstələr öz tərəf müqabilləri üçün yoluxma mənbəyinə çevrilir, digər tərəfdən infeksiya xəstənin özünə çoxsaylı fəsadlar törədir. Cinsi yol ilə keçən in- feksiyalar (CYKİ) - zöhrəvi xəstəliklərdən daha geniş anlayışdır.
«Cinsi yol ilə keçən infeksiyalar» anlayışına zöhrəvi xəstəliklərdən başqa, onlar qədər ağır fəsad törətməyən, lakin kişi və qadınlarda çoxsaylı fəsadların yaranmasına səbəb olan bir çox digərləri də daxildir. Bütün bu infeksiyaların fərqli cəhəti onların çox zaman simptomsuz keçməsi və insanın öz tərəf müqabilləri üçün yoluxma mənbəyi olaraq qalmasından ibarətdir.
BÖYÜK BEŞLİK VƏ YA ZÖHRƏVİ XƏSTƏLİKLƏR
Zöhrəvi xəstəliklərə sifilis, süzənək, yumşaq şankr, zöhrəvi limfoqranulyoma və zöhrəvi qranulyoma aiddir. Bizim ölkəmiz üçün əhəmiyyətli olan yalnız süzənək və sifilisdir, başqa zöhrəvi xəstəliklər isə - çox zaman isti ölkələrdən gətirilən ekzotikadır. Süzənək və ya sifilis ilə mübarizə daimi və fəal şəkildə aparılır, buna baxmayaraq, onlar ilə xəstələnmə səviyyəsi artmaqdadır.
Süzənək həm kişi, həm də qadın sonsuzluğu, habelə cinsiyyət orqanlarının çoxsaylı xroniki iltihabi xəstəliklərinin tez-tez baş verən səbəblərindəndir. Sifilis demək olar ki, insanın bütün orqanlarında ciddi fəsadlar törədən xəstəlikdir, zədələnməyə daha çox məruz qalan isə baş və onurğa beynidir. Bu xəstəliyin aşkar edilməsinə yönəlmiş bütün səylərə baxmayaraq, hələ də anadangəlmə (hamiləlik zamanı anadan keçmiş) sifilis halları təsadüf edir.
XLAMİDİOZ, UREAPLAZMOZ VƏ BAŞQALARI
Son on illiklərdə xlamidioz, ureaplazmoz, mikoplazmoz və digər analoji xəstəliklər daha böyük əhəmiyyət kəsb edir. Onlar böyüyən, inkişaf edən və insan orqanizmi hüceyrələrinin daxilində artaraq çoxalan törədicilər tərəfindən yaranır. Bu infeksiyaların xüsusiyyətləri, simptomsuz keçmələri və əsasən, orqanizminin müdafiə qüvvələri (immuniteti) zəifləmiş insanlara «hücum» etməsindən ibarətdir.
Törədici sidik-cinsiyyət orqanlarının selikli qişasının hüceyrələrinə sirayət edərək, onun qorunmaq qabiliyyətini pozur. Normada hüceyrələr faqositoz, yəni, bakteriyaların «yeyilməsi» yolu ilə qorunur. Xlamidioz kimi infeksiyalar zamanı faqositoz pozulur, mikroorqanizmlər hüceyrədə «məskunlaşır» və orada artaraq, tədricən hüceyrəni parçalayır. Bəzən belə infeksiya tənəffüs yollarına, gözlərə sirayət edərək, onların iltihabına səbəb olur. Hüceyrədaxili infeksiyanın inkişaf etməsi qadın cinsi hormonların, o cümlədən hormonal kontraseptivlərin təsiri altında güclənir. Belə infeksiya gizli keçərək, daha çox sonsuzluq və hamiləliyin və doğuşun müxtəlif fəsadlarının yaranmasına səbəb olur.
Misal üçün, trixomoniaz birhüceyrəli bəsitlərə aid uşaqlıq trixomonadları tərəfindən törədilir. Trixomonadlar toxuma, bakteriyaların hüceyrələrini udaraq qidalanır. Məhz bu səbəbdən də, trixomoniaz çox zaman uzun müddət davam edən gizli süzənək ilə birlikdə keçir - honokokklar trixomonadların tərkibində çox gözəl məskunlaşır. Tam müalicə olunmamış trixomoniaz qadın cinsiyyət orqanlarının davamlı iltihabi xəstəlikləri və sonsuzluğun yaranmasına səbəb olur. Bu xəstəlik uzun müddət keçdikdə bakterial infeksiya da qoşula bilər.
CİNSİ YOL İLƏ KEÇƏN VİRUS MƏNŞƏLİ İNFEKSİYALAR
Cinsi yol ilə keçən virus infeksiyasına henital herpes, papillomatoz və s. aiddir. Bu infeksiyalar xəstəlik törətmədən uzun müddət insan orqanizmində mövcud ola bilər. Lakin orqanizmin müdafiə qüvvələri zəiflədikdə (immunitet) onların törədiciləri aktiv şəkildə artaraq, xəstəliyin inkişaf etməsinə və immunitetin daha da azalmasına, nəticədə, xəstəliyin daha davamlı, tez-tez kəskinləşmələr ilə keçməsinə səbəb olur. İmmunitetin zəifləməsi bakterial infeksiyanın qoşulması ilə nəticələnə bilər. Misal üçün, genital herpesdən əziyyət çəkən insanın immuniteti daimi zəifləmişdir və bu səbəbdən də, başqa infeksiyalara məruz qalır.
CYKİ-İN QARŞISININ ALINMASI
CYKİ-ın qarşısının alınması - sağlam ailə və sağlam uşaq deməkdir. Cinsi yol ilə keçən hər hansı infeksiyanın profilaktikası - cinsi həyatın bir cinsi tərəf müqabili ilə keçməsindən ibarətdir. Lakin buna baxmayaraq, cinsi infeksiyaya şübhə yarandıqda, dərhal həkimə müraciət etmək lazımdır - sağalma səviyyəsinə laborator nəzarətin zəruriliyi baxımından ondan özbaşına sağalmaq praktiki olaraq mümkün deyil. Profilaktika vasitələrinə, həmçinin viruslar üçün keçirici olmayan və üzərində müvafiq nişanı olan xüsusi prezervativər aiddir.
Tarix: 27.11.2014 / 14:00 Müəllif: Aziza Baxılıb: 113 Bölmə: Dəri-zöhrəvi xəstəliklər