Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həqiqi və Yalançı Cinsi Pozuntular

Ayrı-ayrı seksual uğursuzluqlar bütün adamların həyatında baş verir. Amma başağrısı zamanı hamı həkimə müraciət etmədiyi kimi seksual uyğunsuzluqlar, pozuntular heç də hamını seksopatoloq həkimin qəbuluna getməyə məcbur etmir. Bu ondan irəli gəlir ki, belə vəziyyətlərin aktuallığı yalnız ayrı-ayn şəxslər üçün deyil, hətta bir şəxsin həyatının dövrləri üçün müxtəlifdir. Lakin baş ağrıları davamlı olduqda hamı həkimə müraciət edirsə, seksual münasibətlərdə pozuntu baş verirsə nədənsə çoxları həkim-seksopatoloqa müraciət etmir, hətta çoxlarında belə bir mütəxəssisin olması haqqında təsəvvür belə yoxdur. halbuki, məşhur seksopatoloqların fikrincə müntəzəm cinsi həyat keçirən qadınların, demək olar ki, yarısında və kişilərin üçdə birində şikayətlənmək üçün əsas vardır. Bəs nə üçün bəzi ər-arvadlar hətta həkimə müraciət etməyin zəruriliyini başa düşdükdə belə ona müraciət etmirlər? Bu məsələni aydınlaşdırmağa çalışaq.

Öz izdivaclarının xoşbəxt hesab edən bir çox ailələr var ki, onlar intim münasibətlərə çox az əhəmiyyət verirlər. Çox ər-arvad cinsi əlaqə uyğunsuzluğuna, uğursuzluqlarına mənfi münasibət göstərib, ümid edirlər ki, müəyyən müddətdən sonra hər şey düzələr. Bəziləri isə nikahdankənar cinsi əlaqələrdə özləri üçün çıxış yolu axtarırlar. Aldıqları cinsi tərbiyənin təsiri ilə bir sıra seksoloji xəstələrdə belə bir səhv fikir yaranmışdır ki, ailənin intim münasibətləri haqqında kənar şəxslərə, hətta həkimə də sirr açmaq olmaz. Uzun müddət həkimə müraciət etmədiklərini doğrultmaq üçün ər-arvad cinsi əlaqə pozuntularının müalicə oluna biləcəyini və kimə müraciət etmək lazım olduğunu bilmədiklərini söyləyirlər. Bu, həqiqətdir. Səhiyyə sistemində seksopatoloq mütəxəssislər azdır və belə mütəxəssislərin olması çoxlarına məlum deyil. Bu məsələ səhiyyənin ən vacib sahələrindən biri olan səhiyyə maarifində də hələlik lazımi şəkildə təbliğ olunmur. Seksopatoloji kabinetlər hazırda bütün böyük şəhərlərdə, vilayət mərkəzlərində təşkil olunubsa da bunu kifayətləndirici hesab etmək olmaz.

Bu sahənin mütəxəssislərinə müraciət edilməsi barədə məlumatın kənara yayılmasından ehtiyat etmək yersizdir, çünki seksopatoloqun qəbuluna telefon vasitəsilə yazılmaq və təyin. olunan vaxtda gəlmək olar. Xəstəlik tarixi xüsusi seyfdə saxlanılır. Xüsusi müalicədən əlavə hansı populyar ədəbiyyatdan istifadə etmək haqqında məsləhətlər də verilir.
Xüsusi tədqiqatlarla müəyyən edilmişdir ki, qəribə də olsa, xəstə həkimə ona görə müraciət etməyə utanır ki, o, seksoloji terminləri bilmir, söhbət zamanı çətinlik çəkir. Odur ki, çox zaman xəstələrin əksəriyyəti sözdən çox əl hərəkətləri və mimika vasitəsilə öz şikayətlərini həkimə çatdırmağa çalışırlar. həkimlə xəstənin təmasını, söhbətini asanlaşdırmaq üçün həkimin kabinəsinin qarşısında tövsiyə olunan elmi-kütləvi ədəbiyyat siyahısından əlavə seksoloji terminlərin qısa lüğəti də asılır ki, bu da söhbət vaxtı psixoloji gərginliyin, çətinliyin yaranmasının qarşısını alır.


Məlumdur ki, seksual uğursuzluqların çoxu müvəqqəti xarakter daşıyır. Bu uqursuzluqlar cinsi əlaqələrdə uzun müddətli aravermələrdən, emosional qıcıqlardan, həyati və seksual təcrübənin kifayət dərəcədə olmamasından irəli gəlir.
Amma cinsi qabiliyyətin pozulmalarına şəxsiyyətin reaksiyası çox müxtəlif ola bilər. Birisi üçün belə hal kiçik bir təsadüf kimi qəbul olunar və o, buna heç bir əhəmiyyət verməz. Bir başqası üçün bu, fəlakət, bütün arzuların və həyati planların puç olması deməkdir. Bəzən yalnız bircə seksual uğursuzluğun ailə həyatını pozması hallan mütəxəssislərə yaxşı məlumdur. Cinsi əlaqədə baş verən uğursuzluğun psixoloji təsiri münasibətlərin yeni formasına başlamış gənclərdə xüsusilə böyük olur. Birgə həyatın ilk günlərindən ər-arvad yadda saxlamalıdır ki, onların birində demək olar ki, mütləq baş verə biləcək cinsi əlaqə uğursuzluğuna müqabil tərəfin neqativ münasibəti ailə həyatının uzun yolunda ərin və ya arvadın psixikasında sağalmaz bir yara əmələ gətirər. Ailədə cinsi əlaqə zəifliyi və ya soyuqluğu haqqında tənə, eyham sistem şəklinə keçərsə tərəflərdən birində nevroz vəziyyəti yaranar nə bu da öz-özlüyündə daha böyük seksual fəsadların əmələ gəlməsinə səbəb olar. Buna görə ailədəki psixoloji iqlimə və xəstəni psixi vəziyyətinə mütəxəssislər xüsusi diqqətlə yanaşırlar.

Seksuallıq məsələsində özünün seksual imkanlarına inamın çox böyük rolu var. Bu, hətta uzun müddət bəzi çox güclü endokrin çatışmazlığının da öhdəsindən gəlib, normal cinsi əlaqəyə şərait yaradır. Əksinə, çox vaxt cinsiyyət sisteminin normal vəziyyətində belə heç bir əsası olmayan qorxu, şübhə, inamsızlıq seksual uğursuzluğa səbəb olur. Bununla əlaqədar ər-arvadın (xüsusilə qadının). Cinsi əlaqə məsələsində özünü neçə aparması seksual pozuntunun yaranmasında və ya onun aradan qaldırılmasında çox böyük rol oynayır.

Belə güman etmək olar ki, seksual pozuntular, cinsi əlaqə uğursuzluqları dərin məhəbbət hissləri, bir-birinə həqiqi qayğıkeşlik olmayan ailələrdə olur.
intim həyatın hansı emosiyalarla. keçəcəyi cinsi əlaqə aktında iştirak edən ər-arvadın qarşılıqlı münasibətlərindən, Cinslərdə seksuallığın əsaslarını bilməklərindən asılıdır.
Ər-arvadın birindəki cinsiyyət pozuntusu gec-tez müqabil tərəfin cinsi təəssüratına öz mənfi təsirini göstərəcəkdir. Əkər seksual həyatın ilk dövrlərində o, cinsi əlaqədən təmin olunmadığını gizlətməyi və ərini (arvadını) bu məsələ ilə narahat etməməyi üstün tutsa da, aylar, illər keçdikcə cinsi əlaqədən təmin olmamaq, uyğunsuzluq və məişətdə baş verən başqa xoşagəlməz hadisələr bir-birinin üstünə yığılıb laylaşır və, nəhayət, gizli saxlanan hisslər. narazılıqlar aşkara çıxır. Ər-arvad bilməlidir ki, münasibətlərinin bərpa olunması ilk növbədə onların özlərindən asılı olub, onların diskomfort vəziyyətdən çıxmaq arzusu ilə bağlıdır. Ailənin möhkəmliyi ərin və arvadın özünü yüksək dərəcədə mədəni aparmasından, baş verən narazılıqlardan vaxtında yaxa qurtarmaqdan. aralarında səmimi münasibət yaratmaqlarından asılıdır.

Qeyd etmək lazımdır ki, ailədə seksual uyğunsuzluq nə qədər çox davam edərsə, o qədər də hər bir kiçik hadisədən inciklik, kobud münasibət, əsəbilik halları meydana çıxır. Yaranmış vəziyyət üçün bütün məsuliyyət həmin tərəflərdən birinin üzərinə atılır. İkinci tərəf özünü “zərərdidə” hesab edir. Seksual münasibətlərin normallaşdırılmasında ikinci “sağlam” tərəfin öz rolunu başa düşməməsini onun seksopatoloq həkimin qəbuluna getmək istəməməsi, onunla söhbət etməkdən imtina etməsi göstərir. Məlumdur ki, belə söhbətə dəvət olunanların yalnız 10-15 faizi razılaşır. Əksəriyyət isə rədd cavabı verərək “eyibdir”, “bu barədə danışmaq olmaz”, “ailədə bu əsas deyil”, “o günahkardır, qoy o da müalicə olunsun”, “mən sağlamam”, “mən onsuz da hər şeyi bilirəm” kimi əsassız bəhanələrlə mütəxəssisə müraciət etmək istəmirlər.

Belə münasibətin sadəcə olaraq cinsi münasibətdə nadanlıq, ümumi mədəniyyətin olmaması, xeyir görmək məqsədilə evlənmə, hisslərin soyuması, nikahdan kənar cinsi-əlaqələr və s.
ilə əlaqədar olduğunu mütəxəssislər bilir. Cinsi münasibətlərdə baş verən uğursuzluğu aradan qaldırmaqdan tərəflərdən birinin imtina etməsi məsələnin müsbət həll olunacağına ümid vermir. Burada ən qəribə və kədərləndirici odur ki, növbəti uğursuzluqda ər-arvad bütün günahı “kömək göstərə bilməyən” həkimin üzərinə yıxır.

Ər-arvadın birinin formal olaraq həkimə müraciət etməsinin də nəticəsi müsbət olmayacaqdır. Müayinədən imtina edən və ya həvəssiz, formal olaraq müalicəyə razılıq verən şəxsin özündə cinsi patologiyanın olduğu bir zamanda yenə də müalicənin nəticəsinin müsbət olacağı şübhəlidir. Çox vaxt belə də olur ki, özünün qeyri-normal vəziyyətindən narazı olmayan ər (arvad) cinsi əlaqə uğursuzluğunda onun öz günahı nəticəsində seksual uyğunsuzluğa məruz qalmış müqabil tərəfi günahlandırır. İntim həyatlarındakı cinsi uyğunsuzluğu aradan qaldırma» hər iki tərəf ürəkdən arzuladıqda və həkimə inanaraq onun bütün məsləhətlərinə əməl etdikdə konflikt aradan qaldırıla bilər.

Qadınlarda seksual pozuntular kişilərə nisbətən daha çox olmasına baxmayaraq, onlar tibbi kömək, məsləhətlər almaq üçün az-az hallarda həkimə müraciət edirlər. Bunu cinsi əlaqə münasibətlərinin aktuallığının kişilərə nisbətən qadınların əksəriyyətində aşağı olması ilə izah etmək olar. Müasir cəmiyyətdə cinsi əlaqəyə münasibətin daha liberal olmasına baxmayaraq seksoloji məsələyə görə həkimlərə müraciət etməyə utancaqlıq, cinsi tərbiyə imkan vermir. Bundan əlavə, psixoloji rahatlığını ölünün ehtiras hisslərindən, cinsi əlaqə nəşəsindən üstün tutması, ətrafdakılar və əri tərəfindən düzgün başa düşülməyəcəyi qorxusu da qadının mütəxəssis seksoloqa müraciət etməsinə mane olur. Bütün göstərilənlərdən əlavə, əkər normal cinsi əlaqəyə girmək üçün kişiyə mütləq daha yüksək səviyyədə cinsi qıcıqlanma lazımdırsa, qadın cinsiyyət sahəsinin anatomik quruluşu ondan belə aktiv vəziyyət tələb etmir və heç bir arzu, istək olmadan da passiv şəkildə cinsi əlaqəyə girməyə imkan verir (yalnız uşaqlıq yolunun və çanaq dibi əzələlərinin qeyri-iradi qıcolmaları — vakinizm istisna olmaqla).

Qeyd etmək lazımdır ki, qadının intim əlaqəyə münasibətinin xarakteri haqqında məlumatların artması və söhbətlərdə bu məsələnin daha dərin və ətraflı müzakirəsi nəticəsində ailə münasibətlərindən razı qalmayan qadınların sayı getdikcə artır. Nikahda cinsi həyatın başlanğıcı çox vaxt onun hələ evlənməmişdən əvvəlki təsəvvürünü doğrultmur. Bu, bəzən evlənməyinə peşman olmağa və ər barəsində ümidsizliyə səbəb olur və qadında seksuallığın meydana çıxmağına maneçilik törədir.
Əlbəttə, ailənin rifahının və gələcəyinin cinsi əlaqədə təkcə qadının yüksək seksuallığından asılı olduğunu demək olmaz. Bununla bərabər, o cümlədən seks məsələlərində sevimli şəxsin tələbatını bilməmək və ya onu hesaba almamaq gec-tez həm ər-arvad münasibətlərində və həm də ailənin psixoloji iqlimində özünü göstərəcəkdir.

Seksual pozuntular ailə həyatının ilk günlərindən — birinci nikah gecəsi özünü göstərə bilər. Mütəxəssislər hətta ər-arvad münasibətlərinin obrazlı olaraq bəkarət nikahı adlanan formasını ayırmaq məcburiyyətində qalmışlar. Termin öz-özünü xarakterizə edir. Belə nikahda arvad uzun müddət qızlıq pərdəsini itirmir. Xüsusi ədəbiyyatda belə vəziyyətdə 13 və 19 il yaşamış ər-arvad göstərilir. Belə ailələrin nə qədər olduğu və nə qədər ailələrin qeyri-kafi cinsi əlaqə səbəbindən dağıldığını heç kəs bilmir. Məlumdur ki hətta boşanmanın əsl səbəblərini arvadlar nadir hallarda göstərirlər. Bu haqda Sankt-Psterburqdakı ailə həyatına aid məsləhətxananın məlumatlarına görə mühakimə yürütmək olar. Buraya kömək almaq üçün müraciət edən hər on qadından biri nikahda cinsi əlaqə həyatına başlaya bilmədiyindən şikayətlənir.


Tarix: 19.11.2013 / 02:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 391 Bölmə: Cinsel Bilgiler
loading...