Cəza 22 – Ev kimi Lyrics
[Verse 1]
Bəri bax, pərvaz etmədədi hər kəs.
Əl uzadan əli kəsibsə geri verməz.
Sən yeri bil və məhz
Yerini bilməzlərə ver yeni bir dərs
Və tərsdi çərxi-fələk.
İblisə çevrilib hər bir mələk.
Gərçi gərək yaşayasan kərkinərək
Sıx ki sırf səni bərkidə bilə hər iki tərəf
Sənə ərk edərək.
Gəl təsdiq et və tərslik etmə gəl !
Heç nəyi qəlbə etmə qəm !
Hər rəqəm bir qədəm demək, bir qədər de yoldu gedilən.
Əmək sərf eləmək sənə sərf eləməz.
Elə məhz ona görə sən səhv eləmə , bəsdi !
Elə bir nəhsdi bu cahan.
Elə bir nəsli,fəsli buraxan teori Darvinə
Uyub sonu da quyuda yanar, ay bl*d !
Dürüstləri like elə,at qalanları recycle’ə !
Sən həyatın hər saatını say bir də !
Say bitərsə zərzələ səni betər edər Haitidən.
[Chorus x 2]
Dünya sənə ev kimi.
Sev ki, sevgidən ayırd etmə heç kimi !
Heç kimin yoxdu yeri burda daima.
Fayda verməz ayrıseçkilik.
Gec ayılan gec bilir.
[Verse 2]
Dəbdir hər bir təb, hamı dəbdəbədə.
Dərddir alta üst mərtəbə də.
Bəlkə də bəxtdir ,nəğd təpədə
Durub uçuruma düşür hər göbələk.
Dəlik səbətə bənzər politik kuklalar
Kimi dub qalar xalq.
Təhsil ocağı dolu mini yubkalar, bax !
Hicaba qarşı çıxan sukalar…
Düşüb haqq-hüquq dala.
İstifadə edilən hər ifadədə var bir fayda.
İstefa et, get , ya da pozma qayda !
Etiketləri zaydı zaydan.
Maymaq çoxalır aybaaydan.
Dünya vedrədir, dibi dəlik.
İçinə su yığan hər dəli üçün var dəlil.
Uzat bu zatıqırıqlara mərd əli.
Dərd əlindən pəncərələr belə pərdəli.
Dövr edir saat əqrəbi əcnəbi tək.
Evə girib biz də gərək heç nə bilək.
[Chorus x 2]
Dünya sənə ev kimi.
Sev ki, sevgidən ayırd etmə heç kimi !
Heç kimin yoxdu yeri burda daima.
Fayda verməz ayrıseçkilik.
Gec ayılan gec bilir.
Tarix: 23.01.2015 / 14:28 Müəllif: Aziza Baxılıb: 165 Bölmə: Cəza 22