Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cəza 22 – Söz Yoxdur

Cəza 22 – Söz Yoxdur Lyrics

[Verse 1]

Dinləmək sənə borcdu,demək mənə borcdusa,

Ya da dön ayyaqqabı atılan Corc Buşa!

Əşi, təşvişə düşüb nahaq narahat olmusan.

Panika yaratma,hələ ki 10’du saat.

Ya bir işə girişə bil,həmişə pul qazan,

Ya da yatağa gir,başı balışa qoy uzan!

Bilirəm, hər an tər axıdıb qorxmusan.

Gərəyi yoxdu,ürəyivi qoy buza!

İncəsənətə qurban gedən gədələr kordusa,

Onlar “qoluboy” olar,bu da sonuncu yoldur ,san!

Çoxdur bu saat zidd olan TV’də namusa.

Elgizdə evlən ki,evdə qalib donmusan.

Gözəllik konkurslarına yazıl ki, bombasan,

Əgər sənə sənətdə qiymət verən boldursa.

Korrupsiya – dərsdi bu siyasi korpusa.

Halal qazanan isə bu şəhərdə qan qusar.

Gənclərin marağı Blackberry’də,qalıb geridə reys tutar.

Özüvə dost tap girəndə Facebook’a!

Mənim sözüm tez qutarsa ağlı başında olmayan söhbəti gec tutar.

[Chorus x 2]

Söz yoxdur söhbət yoxdursa.

Əgər sənə dəyər verən birisi yoxdursa,

Burda durub vaxt itirmə heç,yol uzaq.

Get,sənə yoldur sol,ya da yoldur sağ.

[Verse 2]

Get relax və rahat ol!

Narahat olma,brat,rahat ol!

At bir dənə Panadol,rahat ol!

Demirəm ,çox rahat ol,daha dağa dön,

“No” bir az rahat olub əriyib yağa dön!

Lağa dönür bütün ciddiyat,

Manapol strukturunda qurulan iqtisad.

“Qoluboy” formada olan itdi,atdı,ya da bitdi.

Yaddı bizə,et yenə də ehtiyat.

Çoxunu düşündürən sual: “pul hardadır?”

Pulun ki var dadı,pul bal dadır.

Pul əyləncədədi və də pul bardadır.

Pul parladır,pul Park Bulvar’dadır.

Kimi ki pul aldadır,qumardadır.

Uduzdurub ağladır,udan isə xumarlanır.

Pulu olmayan parkda şar satır,

Ya da qarışdırır qara şalvarla qır.

Yalvarma,dur – budur əsl hüdud.

Yalana əsir düşən dili kəsir sübut.

Bəsindir,ud dilivi,nəzərdə tut

Və düşün : “Görəm,hə,nə sirrdi bu?!”

[Chorus x 2]

Söz yoxdur söhbət yoxdursa.

Əgər sənə dəyər verən birisi yoxdursa,

Burda durub vaxt itirmə heç,yol uzaq.

Get,sənə yoldur sol,ya da yoldur sağ.

[Verse 3]

Bu da zirvədi və də qoyulub son rüşvətə.

Bəziləri çıxdı yoxa lap p*xa düşmədən.

Gecə “qonka”,bax “plyonka” şüşədən!

Dayday varsa “day” qorxma heç nədən!

Heç nəyi də alma vecivə gəl ki,

Gərgin olmaz heç nə pul varsa gərçi.

Hər mərcin olur bir balaca xərci.

Hər kimdə varsa susumaq üçün bacarıq,

Biz də var açarı,

Lap qapalı qapıları da açarıq.

Namusu hifz edən gənclərə düçarıq.

Monarx və çar əlindən naçar qalıb qıraqlara qaçarıq.

Utopik xəyalpərəst pulsuz tələbələr

Elə bilər ki həyat elə belə.

Satışa çıxan qələbələrdən sənə yoxdur pay, “davay”,tələb elə!

Şans gələ bilər?! Gələ, bl*d !!!

Hərə bir adda vordu,zordu,nə qədər ləqəb?!

Fəqət kordu,yoxdu sözü deməyə bəlkə də.

Ətəklə iməkləməkdədi,rap’lərimi eləyin ələk-vələk!

[Chorus x 2]

Söz yoxdur söhbət yoxdursa.

Əgər sənə dəyər verən birisi yoxdursa,

Burda durub vaxt itirmə heç,yol uzaq.

Get,sənə yoldur sol,ya da yoldur sağ.


Tarix: 23.01.2015 / 14:28 Müəllif: Aziza Baxılıb: 270 Bölmə: Cəza 22
loading...