Cəza 22 – Həyata Səyahət Lyrics
[Verse 1]
Məncə mən bir gəncəm, öncədən
Görüb hər şeyi ölç-biç, biç-ölç edən.
Hava isti, itirahət edirəm kölgədə.
Tək mənəm bəlkə də, ölülərlə dolu bu ölkədə.
Yol öyrədən yox, azmışam özgə bölgədə.
Özü də döngələrlə dolu labirint, asandı “döz” demək.
Lazımdır gözləmək, gözləyək !
Kol-kosla dolu olsa da etrafım
Korluğum yox, yaşayıram hətta “full”.
Mənə çörəkağacı deyil mikrafon.
Yormuram özümü, yoxdu rap’də pul.
Web’də boldu virtual dost-tanış.
Real həyatda yoxdu versəm axtarış.
Burda yazdı payız, olur yayda qış.
Yağmayıb başıma az yağış.
Nə qədər olar qızla küs-barış,
Küs, danışma, küs , danış ?!
Bezib usanmışam, uzanmışam başım altında balış.
Gedib dayanmışam və yanmışam alışıb mən…
[Chorus x 2 with Chuck Norris]
Mən göz açıb həyata yolumu gedirəm.
Sağımı görürəm, solumu bilirəm.
Olur qazanıram,bəzən itirirəm, mən
Yorulmadan həyata səyahət edirəm.
[Verse 2]
Həyata səyahət həyatın şərtidir.
Görək kim mənə ərk edir ?!
Ərkin şərti 1 :
Foruma girib bu rap’ə şərh edin !
Gərək tərgidim siqareti, gərək tərk edim
Hər mitil hərəkətimi ki, fərq edim.
Dedim, kömək ola mənə bəlkə din- iman.
Tək qəbir qozbelin qənimidir, inan !
Mənə xoşdur mühitdə tüstü-duman.
Gərək vuram 100 qulam ki, üstün olam.
Kim düzgün olanı bilsə üzgün olar.
Valideynlərim verib mənə tərbiyəni.
Mən ərköyün böyüdüm, eləmədim hər deyəni
Və hərbiyə də belə getmədim.
Salmadım əziyyətə bu qəlbi yəni.
Hə, niyə də oxuyum, niyyətim də yoxdu təhsilə.
Təhsil bəhs eləmir həyatı,həyat tam tərsinə.
Küçələrdən aldım özümə dərsi mən, fərz elə !
Və hər zaman səyahət edirəm ona həzz ilə.
Vəssalam, bunu özüvə həzm elə !
[Chorus x 4 with Chuck Norris]
Mən göz açıb həyata yolumu gedirəm.
Sağımı görürəm, solumu bilirəm.
Olur qazanıram,bəzən itirirəm, mən
Yorulmadan həyata səyahət edirəm.
Tarix: 23.01.2015 / 14:27 Müəllif: Aziza Baxılıb: 195 Bölmə: Cəza 22