Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cəza 22 – Yuvana Qayıt

Cəza 22 – Yuvana Qayıt Lyrics

[Verse 1]
Yoxdu bu şəhəri məndən yaxşı tanıyan,
Hər səhər günəşi qərb tərəfindən qarşılayıram.
Saatı sayıram, saniyələri ayırıb ana xırdalayıram, zamanı qurdalayıram.
Xatırlayıram o vaxtaları ki biz idik biz
Və getdiyimiz yolun izi təmiz…
İndi isə yoxdu ümid,bəlkə də yıxdı bizi nəfs
Və istəkləri heyata keçirmək olur olduqca qəliz.
Su idi tələbi söyüdün.
Mən də nəsihət və öyüdün təsiri ilə böyüdüm.
Göy idi göyüzü bir zaman, düşürdü hər şey nizama.
Gələcəyə uzanan arzular zamanla sınar.
Amandı, sınama özünü bu meqapolisdə,
Yol istəmək olmayıbı bizdə son istək.
Qul olmadıq pul üstə, pul olmadı bonusda
Və yuvaya qədər təqib edir bizi polislər.

[Chorus x 2]
Bu şəhər zibillik, zəhər və dumana qalıb,
Qumara qoyulub yox olarsan, yuvana qayıt!
Buralarda qalma yubanaraq, bala!
Yumalanma, yuvana qayıt, yuvana qayıt!

[Verse 2]
Boş düşüncələr dalınca qaçan uşaqlar acından ölür və olur yarımcan.
Yarımçıq təhsilin sona çatınca başını at balınca və yat!
Əşi, dəyişmir bu şəhərdə diplom alınca həyat.
Küçə himayəsindədi gəncliyimiz bizim,
Ağ-qara bir rəsmdir ki, dardı çərçivəsi.
Qürur durur hələ də qəlbimizdə əzm.
Musiqi etiraz vasitəmdi, səsimi kəsin!
Şərq sayağı şəhər, Avropadan qapılar…
Eynicinslərə də kəbin kəsən tapılar.
İnanma efirə verilən hər nağıla,
Onlar olanı versə telekanal dağılar.
Niyə və nöşün — boşuna düşün hələ sən!
Əl-ayağa düşmə, təndirə düşür tələsən.
Hərəkət elə ki, bəlkə bir qərara gələsən!
Ac qurd səni duyar quzu kimi mələsən.

[Chorus x 2]
Bu şəhər zibillik, zəhər və dumana qalıb,
Qumara qoyulub yox olarsan, yuvana qayıt!
Buralarda qalma yubanaraq, bala!
Yumalanma, yuvana qayıt, yuvana qayıt!


Tarix: 23.01.2015 / 14:27 Müəllif: Aziza Baxılıb: 132 Bölmə: Cəza 22
loading...