Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cəza 22 – Hər Ehtimala Qarşı

Cəza 22 – Hər Ehtimala Qarşı Lyrics

[Chorus]
Pis bir libasda yaxşıya qarışıb.
Yellə başıvı hər ehtimala qarşı.
Bilən susur,bilməyənlər danışır.
Yellə başıvı hər ehtimala qarşı.
Həyat qumardı,ya da at yarışı.
Yellə başıvı hər ehtimala qarşı.
Hərə öz xoduyla getməyə çalışır
Yellə başıvı hər ehtimala qarşı.

[Verse 1]
Hər ehtimala qarşı var bir əlac:
Mənə tac verin,vampirə xaç!
Ya qazan,ya sürün ya da baş götür qaç
Əgər sən də istəsən pullu ağac!
Maddi durum quyudu,suyu da yox.
Ölkəmin pulu boldu,qulu da lox.
Yolu yoxdu,bunu da unudaraq,
Demək hər yolun var sonu və sonu da p*x.
Hamı patriot,hamı siyasi,
Hamı tənqidçidi,hamı əzazil.
Əşi,deyil heç də heç biri işin əsası,
Beş manat rüşvətə düşür işivə razı.
Əh, silin ,atın boş təhsili,yatın!
Boş danışıq qoyun bəhsimin adın!
Mələkdi mənə görə fahişə qadın,
Əgər məmur satarsa işə arvadın.
Hüquq,nizam ,qanun, seçkilər
Burda gərək deyil axı heç kimə.
Guya yüz ölçdülər,bir biçdilər.
Gic danışan gic söhbəti bic bilər.

[Chorus]
Pis bir libasda yaxşıya qarışıb.
Yellə başıvı hər ehtimala qarşı.
Bilən susur,bilməyənlər danışır.
Yellə başıvı hər ehtimala qarşı.
Həyat qumardı,ya da at yarışı.
Yellə başıvı hər ehtimala qarşı.
Hərə öz xoduyla getməyə çalışır
Yellə başıvı hər ehtimala qarşı.

[Verse 2]
Yeraltı üslubun var düsturu:
Var bilib məni susdurun!
Cəsur olmaq üçün gərək deyil yüz vurum.
Arxası olan əyri də düz durur.
Post qurur dost,düşmənə çevrilib.
Zəmanə pis və də evrika devridir.
Qafiyələr küt,replikam sivridir,
Texnikama qatılıb dövr edir.
Mən görmədim tək üzü olan adam
Ki,düzəlim onunla yoluma tam.
Naxələflərlə gedilən yarı yolu çatan
Kimi bilirəm ki,tamam yorulacam.
Ehtimal kiçik və çiydi xalq.
Taxt sahibləri dünən nəçiydi,bax!
İylənir ədalət və burda haqq
Kimi qoxuyur lap yumurta lax.
Sığortala çörəyi ki,baisi tapılar.
Adın batar,adıva ya isim atılar.
20-ni boş ver ,bağlanıb qapılar,
Qorx ki, torpağın 100%-i satılar.

[Chorus]
Pis bir libasda yaxşıya qarışıb.
Yellə başıvı hər ehtimala qarşı.
Bilən susur,bilməyənlər danışır.
Yellə başıvı hər ehtimala qarşı.
Həyat qumardı,ya da at yarışı.
Yellə başıvı hər ehtimala qarşı.
Hərə öz xoduyla getməyə çalışır
Yellə başıvı hər ehtimala qarşı.


Tarix: 23.01.2015 / 14:26 Müəllif: Aziza Baxılıb: 195 Bölmə: Cəza 22
loading...