Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səni gözləyirəm...

Səni gözləyərkən yazılmış şeylərin kiçik bir qismi. Yaşanmış və hiss edilmiş eyni zamanda. Amma dilə ağır gələn sözlər çoxu. Keçərkən mənə deyilmiş ya da mənə dedizdirilmiş cümlələr.


Səni gözləyirəm....

Eyni filmlərdəki kimi; gəlməyəcəyini yəni dönməyəcəyini bilə-bilə yazılmış bir məktub. Bir ömürlük gözləyişlərin ülviliyini daşıya bilməyən bir qələm və bu aciz qələmin mürəkkəbinə bulaşmış bir kağız yalnız. Bir günahlandırma iddianaməsi deyil, bir giley vidası da. Yalnız sevginin korlatdığı bir ürək və bərabərində keçən ağrılı zamanın təşvişi ilə çıxan səslər. Əslində yazmaq üçün düşünüləcək çox da bir şey yox. Var olan olmuş, yer etmiş onsuz da ürəkdə. Yalnız oraya baxmaqla başlasa cümlələr çox bir səhifə edər.


Səni gözləyirəm....

Onsuz da görünəni izah etmək üçün qeyri-kafi qalar bütün dillər. Ən dar vaxtlarda belə güc verən, sanki fərsiz düzlərə dərman bir hissi izah etmək güc. Ürəkdəki ağrını sonsuz dincliyə ürək edən yad edilişləri ifadə etmək çətin. Yalnız ən sadə tədbirlə, bir lütf bəlkə də. Ya da bir sürpriz. Yuxularla çox əvvəldən təyin edilmiş. Eyni doğum kimi əvvəldən xoşbəstliyi. Adı yuxularda anaya deyilmiş. Sanki nağıl dünyadan bir əmanət. Amma getmək istədikcə içinə çəkən bir girdab bəzən.


Səni gözləyirəm....

Amma keçici həyəcanların arxasında axtarılan bir həyatın kölgəsində gözləmək ağrısı hətta. Bax bu paradoks içində seçmək, xoşgörüş ilə duyğular arasında sıxışıb qalmaq. Yəni bir növü sevməyi sevmək. Gözləməsiz və zamanla artan bir şiddətdə. Və ümid etmək halal şeyləri Tanrının da istədiyi bir vaxtda. Gözləyərkən və eləcə hiss etmək varlığı hər hüceyrəsində, xatirələrin yoldaşlığında.


Səni gözləyirəm....

Eşitmək ecaib səsləri. Mənasız və təyin oluna bilməz olan hissi. Bilmək; sanki mələklərin ürəyə pıçıldaması, sanki ürəyə tutulmuş bir ayna. Əlinin yarası. Bəlkə bihudə yalvarışlar, hətta bəzən çırpınışlar. Amma ağrının belə itmədiyi bir kainatda əlbət bir gün həyat tapacaq olan dualar. Yalnız vaxtı hələ gəlməmiş deyə bilinən. ‘Çünkisi hələ pozulmamış o pis cadu. ‘Amması baxarkən titrəyən göz və ürpərən baxışlar ardına gizlənmiş toxunmağa həsrət çatlamış əllər.


Səni gözləyirəm....

Bütün bunlara baxmayaraq əvvəldən gələn, qəhr edən gerçəklər. Bütün bunlara baxmayaraq heç bir şey mane deyil həyata sabit bir nöqtə kimi tutunma fikirinə. Nə uzaq şəhərlər, nə devilən ruh, nə də yalançı həqiqət. Hamısı eyni qəfəs içinə basdırılmış həyatın. Bir ‘qal' deməyə xərclənəcək ömür də daxil buna. Hamısı zamanın yo(ğu)rduğu gerçəklər.


Tarix: 03.12.2014 / 18:58 Müəllif: Aziza Baxılıb: 218 Bölmə: Burcler haqqinda çox şey
loading...