Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Siz hansını seçərdiniz?

Rəfigəmi gözlərkən,oturacaq tapmadığı üçün yanımda bir yaşlı kişi əyləşdi.Söhbət etməyi çox sevdiyi bəlli idi.Öz həyatında danışırdı,mən isə sadəcə dinləyirdim.Əvvəllər müəllim imiş.Bir az danışdıqdan sonra,gözlərimin içinə baxaraq: Qızım,sevilmək ya sevmək?Hansını seçərdin? Nə cavab verəcəyimi belə bilmirdim." İkisini də seçsəm,çoxmu istəmiş olaram?"-deyə soruşdum. Qoca cavabında: Xeyir Yalnız birini seçə bilərsən. Düşündüm,düşündüm cavaba tapa bilmirəm.Sevilmək-çox gözəl hissdir.Ancaq sən sevmədikdən sonra,o sevsə nə olar? Sevməkmi? Əgər qarşındakinın səni sevmədiyini anlarsan,o da acı verər. Mən qarşımdakının məni sevmədiyini öyrəndiyimdəki acıyı dadmaq bahasına belə olsa yenədə SEVMƏYİ seçdim.«Cavabım: Sevməkdir! Bəs siz bu suala özünüz cavab verəcəksinizmi?»-deyə soruşdum.
-"Əlbəttə qızım.35 il bundan əvvəl çox yaraşıqlı idim.İndi qoçalmışam.Hər zaman sevildim.Sonda məni sevən,sonralar sevəcəyimi düşündüyüm biri ilə ailə qurdum.Ömrümün yarısından çoxunu bir gün onu sevərəm deyə ümüdü ilə yaşadım.Yoldaşım məni çox sevərdi.Onu sevmədiyimi hiss etməsin deyə əlimdən gələni etdim.2 gün bundan əvvəl yoldaşım öldü.Ölmədən öncə mənə: Sənə təşəkkür edirəm.Məni xöşbəxt etdin,ana oldum,məni bilərəkdən heç üzmədin.Sənin məni sevməni bacaramadım,ama səni çoox sevdim! -dedi.
-Bəs bu günədək heçmi sevmədiniz?
-Əlbəttə sevdim.
-Bəs niyə onunla ailə qurmadız?
-Çünki o başqasını sevirdi.Ona demədim.Ondan sonra qızlarla tanış oldum,sevərəm deyə...olmadı,ondan başqasını sevə bilmədim.
-Nə xoş sizə,sizi sevən biri ilə ailə qurmusuz.
-Bəli,düz deyirsən..ama mən SEVİLMƏK seçdiyim üçün olmadı.İstəmədən ona da layiq olduğu xöşbəxtliyi verə bilmədim.Sevilməyə doydum,ama sevməyə hər zaman ac qaldım....


Bəs siz nəyi seçərdiz? Sevilməyi ya Sevməyi?


Tarix: 03.12.2014 / 18:56 Müəllif: Aziza Baxılıb: 149 Bölmə: Burcler haqqinda çox şey
loading...