Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevdik amma Dost ola bilmədik....

Sabah toyumuz idi,artıq hər şey hazırlanmışdı... Onu çox sevirdim...bir insan canını sevdiyi qədər çooox... Amma ona bu sözləri deməyə məcbur idim... Çox düşünmüşdüm...başqa çıxış yolu yox idi..
Zəng vurdum onu ilk görüş yerimizə çağırdım,çox təəccüblənmişdi. Çünki uzun müddətdir ki, orda görüşməmişdik...
Və artıq yola çıxmışdım,həm də çox ağır yola... Ora çatanda mənə maşına minməyi təklif etdi,mən isə etiraz edərək ona aşağı düşüb gəzmək istədiyimi bildirdim... Toy hazırlıqları ərəfəsində həm də sabah toy ikən görüşməyə bir ad vermirdi, ona çox vacib olduğunu söyləməsəydim razılaşmazdı bəlkə də... indi isə söz sırası məndə idi..
“Səninlə evlənməyi gözləyərkən bütün münasibətimizi gözdən keçirdim. Nə qədər güclü olarsaq,olalım... Nə qədər həyatın qarşısında yıxılmaz, yara almaz dursaq belə insanıq biz.. Mənim də zəif anlarım oldu. Və mən bu zamanlarda sənin yanımda olduğuna,mənə əlini uzadacağına,yıxılsam məni durğuzacağına inanmaq istədim. Başımı çiynivə qoyanda xoşbəxtliyi tapdığıma inandım. Güvənməyin çox zor olduğnu bilə bilə sənə güvəndim. Amma sən...dünyana almadın məni... Bütün problemlərini tək həll etməyə çalışmağı seçdin. Mən sənin sevgilin oldum bəlkə...amma dostun ola bilmədim! Mənim səni nə qədər sevdiyimə inanmadın. Səninlə hər şeyi həll edə biləcəyimizə,bərabər olsaq bir çox şeyin üstəsindən gələcəyimizə gəlməsək belə dözə biləcəyimizə İNANMADIN! Bu sevgi həmişə mənim çalışdığım, ayaqda tutmağı istədiyim bir sevgi oldu. Mən səni heç buraxmadım amma sən məni həmişə buraxdın... Dostlarını,yaxınlarını heç buraxmadın!!! Amma məni...məni buraxdın! Mən bu sevgiyə olan inancımı itirdim! Mən bu yolda birlikdə gedə biləcəyimizə olan inancımı itirdim! Mən bizim bir həyatı paylaşa biləcəyimizə olan inancımı itirdim! Bağışla... Mən səninlə evlənə bilmərəm...!!!”
Dedim ona... çox çətin olsa belə dedim... və getdim ordan o isə arxamca baxırdı hələ də.. İlk dəfə idi gözündən yaş axdığını görürdüm amma getdim...
Bəzən hər iki tərəf bir-birini çox sevsə belə birlikdə olmağı bacarmazlar... Və iki tərəfdən biri bunu dilə gətirməyi bacarmalıdır. Təəssüf ki bu mən oldum...


Tarix: 03.12.2014 / 18:41 Müəllif: Aziza Baxılıb: 98 Bölmə: Burcler haqqinda çox şey
loading...