Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sərdar Fərəcov

Fərəcov Sərdar Fərəculla oğlu – Azərbaycan bəstəkarı.Mündəricat
1 Həyatı
2 Əsərləri
2.1 Teatr tamaşalarına musiqi
2.2 Məqalələr
3 Filmoqrafiya
4 Həmçinin bax


Həyatı

Sərdar Fərəcov 1957-ci il dekabrın 8-də anadan olub. 1984-cü ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyası) prof. Xəyyam Mirzəzadənin sinfində bitirmişdir. Hazırda Üzeyir Hacıbəyovun ev-muzeyində direktor vəzifəsində çalışır. Əsərləri Avropa, Amerika və keçmiş SSRİ ərazisində müxtəlif ansambllar və ifaçılar tərəfindən ifa edilmişdir.

Əsərləri
Simfonik süita (1990);
Balet süitası (1991);
Orqan üçün "Qəsidə" /Nizaminin xatirəsinə/ (1991);
Simli kvartet üçün 3 Pyes (1991);
M.Füzulinin söz. səs və simfonik orkestr üçün "Cəfadan qeyri" qəzəl-poeması (1994);
Simli orkestr üçün Süita (1995);
Kiçik simfonik orkestr üçün "Yumoreska" (1995);
Kamera orkestri üçün "Oxunmamış lay-lay" Poeması (1995);
T.Taisoğlunun söz. səs, xor və simfonik orkestr üçün "Böyük vətəndaş haqqında" Oda (1996);
"Müsyö Jordan və dərviş" Operettası /libretto müəllifindir/ (1998);
S.Şahbəylinin söz. xor və estrada-simfonik orkestri üçün "Teatr himni" /Milli teatrın 125 illiyinə həsr olunub/ (1998);
"Dədə Qorqud" Oratoriyası (1999);
A' capella xoru və klarnet üçün Triptix /V.Səmədoğlunun 60 illiyinə həsr olunub/ (1999);
"Səhnədə məhəbbət" Operettası /libretto – Əli Əmirli/ (2000);
"Matəm harayları" simfonik lövhəsi (2000);
Uşaqlar üçün "Şəngülüm, Məngülüm" Rok – operası /M.Müşfiqin nağılı əsasında/ (2000);
"Bankir adaxlı" Musiqili komediyası /libretto – T.Vəliyeva/ (2000);
Skripka və piano üçün Pyeslər (2001).

Teatr tamaşalarına musiqi
"Ölüləri qəbirstanlıqda basdırın" /müəllif – İ.Şıxlı/,rejissor-R.Almuradlı/ (2005)
"Onun iki qabırğası var" /müəllif – Əli Əmirli/ ,
"Sənsiz yaşaya bilmərəm" /müəllif – M.Haqverdiyev/ (1996);
"Yeddi məhbusə" /müəllif – Əli Əmirli/,
"Sevirəm səni, Türkiyə" /müəllif – Kamal Abdulla/ (1997);
"İtkin ər" /müəllif – Əli Əmirli/,
"Yaxşı padşahın nağılı" /müəllif – Anar/,
"Molyer" /müəllif – M.Bulqakov/ (1998);
"Səhra yuxuları" /müəllif – Anar/,
"Şübhəli əhvalat" /müəllif – Qabil/,
"Anamın gəlinlik paltarı" /müəllif – Ə.Qasımov/,
"Yekəburun Cırtdan" /müəllif – V.Qauf/ (2001).
[[Səməd Vurğun| S.Vurğunc, R.Rza, T.Taisoğlu, Kamal Abdulla, Q.P.Elsevər və b. şairlərin söz. mahnı və romanslar(1990 – 2001).

Məqalələr
Bir daha himn haqqında. "Mədəniyyət" qəzeti, 07.03.1991;
Ü.Hacıbəyovun unudulmuş "Bahar nəğməsi". "Mədəniyyət", 21.03.1991;
"Ü.Hacıbəyov Ensiklopediyası"nda 25 məqalə. B., "Azərbaycan", 1996;
Əgər onlar da tamamlansaydı, yaşasaydı. "Musiqi dünyası" jurnalı, №1, 1999;
Ü.Hacıbəyov və erməni sənətçilərinin mədəni təcavüzü. "Musiqi dünyası", №3-4, 2000;
Belə bir məktəb var. "Musiqi dünyası", №1-2, 2001.
Respublika elmi konfranslarında mə'ruzə və çıxışlar (1990 – 2001).
Dövri mətbuatda məqalələr (1990 – 2001).

Filmoqrafiya
Cavad xan (film, 2009)


Tarix: 28.01.2013 / 19:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 380 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...