Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sakif Məmmədov

Məmmədov Sakif Məmiş oğlu — Azərbaycan müğənnisi.

Həyatı

Sakit Məmmədov 1970-1975-ci illərdə Bakı Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsində ali təhsil almışdır. 1973-cü ildə Yuqoslaviyada ali təhsil alan gənclər festivalının qalibi olmuşdur. 1976-cı ildə Azərbaycan Dövlət Qastrol Konsert birliyinə solist qəbul olunmuşdur. 1975-ci ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında solo konsertlər vermişdir. Konsert birliyində işləyən zaman Azərbaycanın bütün bölgələrində Sara Qədimova, Əbülfət Əliyev, İslam Rzayev, Əlibaba Məmmədov, Zeynəb Xanlarova kimi sənətkarlarla kənd zəhmətkeşləri qarşısında konsertlər vermişdir. Dünyanın bir neçə ölkəsində (Yuqoslaviya, Çexoslovakiya, Finlandiya, Norveç) Azərbaycan xalq musiqisini və incəsənətini təmsil etmişdir. 1988-ci ildə Heydər Əliyevin həyatına "Dədə Şəmşirin" həsr etdiyi silsilə şerlərə yazılmış mahnılar müsabiqəsinin qalibi olmuşdur. Azərbaycanın N-saylı hərbi hissələrində hərbiçilər qarşısında mütəmadi olaraq çıxışlar edir. Qocalar evlərində, əlil uşaqlar, ruhi xəstələr qarşısında xeyriyyə konsertləri vermişdir.

Fəxri adları, mükafatlar, nailiyyətlər

1986-cı ildə Əfqanıstanda sovet hərbçiləri qarşısında çıxış etmişdir. Hərbi komandanlığın fəxri fərmanına layiq görülmüşdür.


Tarix: 27.01.2013 / 15:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 332 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...