Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nazpəri Dostəliyeva

Nazpəri Dostəliyeva — müğənni, Azərbaycan Respublikasının Xalq Artisti (2008)[1].Mündəricat
1 Həyatı
2 Yaradıcılığı
3 Filmoqrafiya
4 İstinadlar
5 Həmçinin bax


Həyatı

Nəzpəri Dostəliyeva 1964-cı il dekabrın 23-də Şamaxıda doğulub. 2002-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetini bitirib[2].

Yaradıcılığı

Böyük səhnəyə ilk atdımlarnı 1996-cı ildə başlayıb. İlk hiti "Nə olar, Allahım, ayırma bizi" mahnısı olub. 1998-cı ildən Azərbaycan Dövlət Teleradio Şirkətinin solistidir. 9 disk və 1 albomu çıxıb. Fransa (Paris), Almaniya (Bonn, Frankfurt, Köln, Hannover), Niderland (Amsterdam), Norveç, Türkiyə və Kipr adasında çıxışlar edib. 1999-cu ildən bəstəkar-aranjımançı Siyavuş Kərimi ilə işləyir. 2000-ci ildə Moskvada Böyük Teatrın səhnəsində, Almaniyanın Hannover şəhərində, 2001-ci ildə isə Norveçin Honisevok şəhərində konsert proqramıyla çıxış edib.

Xalq artisti Nazpəri Dostəliyeva bir dəfə ailəli olub. Sonradan bu evliliyə son qoyan müğənninin həmin evlilikdən iki oğlu var. [3]

Filmoqrafiya
Qağayı (2012)

İstinadlar
↑ "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2008-ci il tarixli, 3045 nömrəli Sərəncamı (azərb.)
↑ Nazpəri Dostəliyevanın ad günü
↑ Şou-biznesimizin boşanmış tanınmışları


Tarix: 27.01.2013 / 14:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 151 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...