Marta Argerix isp. Martha Argerich, (başqa oxuma – Marta Argeriç) 5 iyun 1941-ci ildə Buenos-Ayresde anadan olub) Argentina pianoçusu. Səhnədə ilk çıxışı 1949-cu ildə olmuşdur. 1955-ci ildən Avropada (2003-cü ildən Brüsseldə) yaşayır. F.Qulda, N.Maqalov və A.Benedetti Mikelancelidən dərs almışdır. Bolsanoda F. Buzoni adına beynəlxalq müsabiqənin (1957) mükafatına, musiqiçi -ifaçıların Cenevrədə (1957). Varşavada Frederik Şopen adına (1965) beynəlxalq müsabiqələrinin birinci mükafatına layiq görülmüşdür. Argerixin geniş repertuarında romantik musiqi (əsasən, F. Şopen və R. Şumanın) xüsusi yer tutur. Ş. Dütuanın, G. Kremerin. M. Mayskinin, M.L. Rostropoviçin. A. Rabinoviç-Barakovskinin və başqa iştirakı ilə orkestr və kamera ansambllarında çıxış etmişdir. İfası "Deutsche Grammophon", "EMİ", "Teldec", "Philips" və s. firmalar tərəfındən yazılmışdır. Hər il keçirilən musiqi festivalı (İsveçrə, Luqano; 2002-ci ildən) və Argerix adına pianoçular müsabiqəsinin (Buenos-Ayres, 1999, 2003) təşkilatçısıdır.
Tarix: 26.01.2013 / 13:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 178 Bölmə: Bəstəkarlar Və Müğənnilər