1.Coca-Cola şüşəsinin üzərindəki yazı: “Soyuq halda için!”
Mamed: Oldu da qaqa sən deməsəydin mən dəmləyib içəcəkdim e
2.-Alo polisdir??
-Bəli buyurun?
-Burda iki qız mənim üçün dava eliyir
-Bunun nəyi pisdi ki?
-Yox e bığlı olan o birini döyür axı..
-Gözlə bu dəqiqə gəlirik
3.Oğlan sevgilisinə deyir:
-“Sevgilim sənə bahalı hədiyyə almışam”
Qız:
-“Əşşi yəqin 1-2 manatlıq şeydi”
Oğlan:
-“Yox taa o qədər də bahalı demədim”
4.Ağlamalı Hind filmi:
“-Raç atan ölüb!
-Nə?! Atam?! Tez gedək
-Gedək, amma əvvəlcə rəqs etməliyik”
5.Mamed qadın paltarları satılan mağazada satıcı işləyir. Bir gün bir qız yaxınlaşır və soruşur:
-“Salam sizdə ət rəngində kalqotka var?
Mamed:
-“Xanım hansı ətdən olsun, mal yoxsa qoyun?”
6.Güzgü: Mən hamıynan üz-üzə gəlirəm
Eynək: Mən hamıynan göz-gözə gəlirəm
Unitaz: Sən öl söhbətin yeri yoxdu, temanı dəyişək
7.Qız parkda yanında oturan oğlana deyir:
-“Saqqızın var?”
-“Bəli var, gözlə verim”
-“Yox istəmirəm, amma imkan varsa birini sən çeynə də”
8.Oğlan: “Mənimlə şam yeməyinə gələrsən?”
Qız: “Qızlar xoşlamırlar onlara sual verilməsindən, elə təklif et ki, gəlim
Oğlan: “Mənimlə şam yeməyinə qoşul!”
Qız: “Nç nç nç, bud a çox iddialı oldu”
Oğlan: “Mənimlə şam yeməyinə gələrsiz?”
Qız: “Ee yenə sual verdin”
Oğlan: “Mənimlə şam yeməyinə gəl də”
Qız: “Off bud a əsəbi oldu”
Oğlan: “Mən şam yeməyinə gedirəm, gəlirsən gəl gəlmirsən cəhənnəmə gəl!”
Qız: “Ok, 5 dəqiqəyə qapıdayam”
Tarix: 01.12.2014 / 12:40 Müəllif: Aziza Baxılıb: 262 Bölmə: Azeri Letifeler