Bağanis Ayrım
Qazax rayonunun Bağanıs Ayrım kəndi 1990-cı ilin martın 23-dən 24-ə keçən gecə əvvəlcədən təşkil edilən plan əsasında hücuma məruz qalmış və martın 24-ü səhər saatlarında ermənilər tərəfindən işğal edilmişdir. Bununla da Ermənilərin işğal etdiyi ilk Azərbaycan kəndi kimi tarixə düşmüşdür. İşğal zamanı Bağanis Ayrım kəndinin əli silahsız, günahsız əhalisinə qarşı tarixdə görünməmiş divan tutulmuş, 10 nəfər dünyasını dəyişmiş, 15 nəfərdən çox insan isə yaralanmışdır. 100-dən çox evi olan kənd talan olunub, əhalinin kənddən çıxara bilmədiyi ev əşyaları və mal-qara ermənilər tərəfindən mənimsənilmişdir. Xüsusu strateji əhəmiyyətli Bağanıs Ayrım kəndi İcevan – Noyamberyan avtomobil yolu üzərində yerləşdiyindən düşmən gələcəkdə daha rahat hərəkət etməsi üçün bu kəndin işğalı xüsusi plan əsasında həyata keçirilmişdir. Kənddə işğal oluna zaman 600 nəfər yaşayırdı.Bağanis Ayrım kəndi Qazax rayonunun Aşağı Əskipara, Quşçu Ayrım, Xeyrimli və Məzəm kəndləri ilə həmsərhəddir. Əhalisi əsasən əkinçilik və maldarldıqla məşğul olan kəndin əsrarəngiz təbiəti, saysız-hesabsız bulaqları olub. indi Bağanıs Ayrım kəndindən məcburi köçkün həyatı yaşayan insanlar Qazax rayonunda müxtəlif yerlərdə məskunlaşıblar.[2]
Barxudarlı və Sofulu
Barxudarlı və Sofulu kəndlərinə ermənilərin hücumu 1992-ci ilin aprelin 23-dən başlayıb və çətinliklə də olsa onlar bu kəndləri aprelin 27-də işğal ediblər.Bir neçə gün davam edən döyüşlərdə kənd sakinləri Barxudarlı da 11, Sofuluda 9 post quraraq ermənilərə qarşı döyüşüblər.Qazax rayonundan köməyə gələn olmasın deyə, bura gələn dəmir xətti də yolu ermənilər tərəfindən partladılır. Sofulu və Barxudarlı yalnız 4 gün mühasirədə saxlanıldıqdan sonra çətinliklə işğal edilir.Hadisələrin şahidi Barxudarlı kənd sakin Əhməd müəllim dedikləri:
"Sahədə öz mal-qarasını və qoyunlarını otaran iki nəfər kənd sakinini ermənilər güllə ilə vurdular. Onlardan biri 9-cu sinifdə oxuyurdu, o biri isə orta yaşlı bir kişi idi"
Hadisələr zamanı 7 nəfər kənd sakini şəhid olur, 3 nəfər ağır yaralanır.Barxudarlı və Sofulu kəndlərində yerləşən 230 evin hamısı talan edilərək yandırılmışdır.
Ümumilikdə 530 nəfər öz evlərini məcburi şəkildə tərk etməli olur. Hazırda Barxudarlı və Sofulu kəndlərindən olan məcburi köçkünlərin 85% qədəri Qazax şəhərinin mərkəzində, digərləri isə rayonunun müxtəlif ərazilərində məskunlaşıblar.Kəndlər işğal olunana qədər yerli əhali əsasən heyvandarlıq, əkinçilik, üzümçülük və tütünçülüklə məşğul olublar.
Tarix: 27.01.2015 / 14:58 Müəllif: Feriska Baxılıb: 32 Bölmə: Azərbaycanın müharibələri