Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Erməni helikopterinin vurulması (2014)

Hadisə
Silahlı insident 12 noyabr 2014-cü ildə Ağdamın Kəngərli kəndi yaxınlığında baş verib. Beləki, qondarma Dağlıq Qarabağ Respublikasına, daha dəqiq desək, Ermənistan silahlı qüvvələrinə məxsus 2 ədəd Mi-24 tipli döyüş vertolyotu qəflətən öz səmtini dəyişərək Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttinə doğru döyüş kursuna çıxıb və mövqeləri atəşə tutmağa cəhd ediblər. Nəticədə Azərbaycan Silahlı qüvvələrində müddətdən artıq hərbi xidmət keçən manqa komadiri İlkin Muradov helikopterlərdən birini İQLA daşınan zenit-raket kompleksi vasitəsi ilə məhv edib. Digər helikopter isə hadisə yerindən uzaqlaşıb. Hadisə nəticəsində Ermənistan Silahlı qüvvələrində xidmət keçən üç nəfər pilot həlak olub. Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində döyüş uçuşları keçirərkən məhv edilən hərbi helikopter Ermənistan Silahlı Qüvvələrinin Yerevan yaxınlığındakı "Erebuni" hərbi aerodurumunda dislokasiya olunan 15-ci helikopter bazasına məxsusdur
Reaksiyalar
Azərbaycan Respublikası Müdafiə Naziri Zakir Həsənov helikopteri vuran manqa komandiri İlkin Muradovu 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı və qiymətli hədiyyələr ilə təltif edib. Azərbaycan Respublikası Müdafiə Nazirliyi bundan sonra bucür hallar təkrarlanarsa adekvat cavabların veriləcəyini açıqlayıb.
Qondarma Dağlıq Qarabağ Respublikası prezidentinin sözçüsü David Babayan Azadlıq Radiosunun erməni xidmətinə vurulan helikopterdə 3 ekipaj üzvünün öldüyünü təsdiqləyib. O qeyd edib ki, vurulan helikopter hərbi əməliyyat keçirmirmiş. Həmşinin, Ermənistan müdafiə nazirinin sözçüsü Artsrun Hovannisian isə öz facebook səhifəsində bu insidentə görə Azərbaycanı hədələyib.
ATƏT-in baş katibi Lamberto Zannier Brüsseldə Avropa Parlamentinin Xarici əlaqələr komitəsində dinləmədə hadisənin münaqişənin kəskin qızışmasına təkan verə biləcəyini söyləyib.


Tarix: 27.01.2015 / 14:57 Müəllif: Feriska Baxılıb: 76 Bölmə: Azərbaycanın müharibələri‎
loading...