Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səma Kərimova

Həyatı
Səma Kərimova 31 dekabr 1969-cu ildə Laçın rayonunun Nağdalı kəndində dünyaya gəlmişdir. 1974-cu ildə orta məktəbə getmişdir və 1984-cu ildə orta məktəbi yaxşi və əla qiymətlərlə bitirmişdir. Elə məktəbi bitirdiyi il atası Aydın kişi Səmanı Bakıya V.İ.Lenin adına Dövlət Pedaqoji İnstituta ( indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) aparir.Amma həmin il Səma ali məktəbə daxil ola bilmir. Yenidən Sema sənədlərini həmin təhsil ocağına verir və 1986-ci ilde Səma V.İ.Lenin adına Dövlət Pedaqoji Institutunun Filologiya fakültəsinə daxil olur. İnstitutu bitirdikdən sonra isə peşə fəaliyyətinə Nağdalı kənd orta məktəbində başlamışdı.

May ayının 17-18 Laçın işğal olunan zaman Səma və ailəsi də öz doğma yurd-yuvasını tərk etmək məcburiyyətində qalmışdılar. Səmagil Laçından çıxdıqdan sonra Bərdə rayon Qaradəmirçi kəndində yaşayan qohumlarıgilə pənah gətirmişdilər. Amma, avqust ayında belə bir xəbər eşitdilər ki, Laçın əhalisi Laçına geri dönür və Səma da həyat yoldaşı ilə birlikdə avqust ayının 25-də Laçına geri döndülər. Ancaq Laçında qalmaq çox da uzun sürmədi, mart ayında ermənilərin Kəlbəcərə hücüm etdikləri xəbəri yayıldı. Mart ayının 31-də Səma dayısıgillə bərabər yenidən Laçını tərk etməyə məcbur oldular. 31 mart 1993-cü ildə Laçın eli üçün çox ağır bir faciə üz verdi Səmagilin maşın karvanı Kəlbəcər rayonu ərazisində olan tuneldə mühasirəyə düşdülər. Mühasirə zamanı Səmanın dayısı Asif və bibisi elə ordaca dünyaların dəyişmişdilər, dayısı Yusif Əliyev ilə Səma isə yaralanmışdılar. Səmanı və digər əsir düşmüş yaralıları əvvəlcə Vəng kəndinə sonra isə Xankəndində yerləşən uşaq xəstəxanasına gətirmişdilər. 1993-cü il may ayında anasına yazdığı məktubunda bildirirdi ki, qızı Nurlanə ilə birlikdə Xankəndində uşaq xəstəxanasındadı, 1 aydan çoxdur ki, araxası üstədir. Ayağa qalxa bilmir. Sola ayağın tərpədə bilmir, içində güllə olduğuna görə. Əməliyyat ediblər, az da olsa ayağının şişi çəkilib.

Səmanın ailəsi ermənilərlə danışaqlar aparırdılar Səmanı və qızı Nurlanəni geri almaq üçün. Tələb olunan məbləğdə çətinliklə olsa da, toplanmışdı. Ancaq ölümü əsirlikdən üstün tutan Səma özünə qəsd etmək qərarına gəlmişdir. Və may ayının 15-nə keçən gecə Səma ömrü sona çatdı. Səmanın qardaşı Əli Səmanı və Nurlanəni geri almaqçun danışıqlara başladağı ermənidən Səmanın özünü öldürdüyün eşitdikdə çox sarsıldı. Artıq Əli ermənilərdən bacısının cəsədini almağa çalışırdı. Səmanı Tuğ kəndində dəfn etmişdilər ancaq onun cəsədinin geri alınacağın bildikləri üçün tabutda torpağa əmanət dəfn etmişdilər.

Uzun danışıqlardan sonra iyun ayının 23-də Səmanın cəsədi geri alınmalıydı. Əli və yaxın qohum-əqraba həmin günü neytral zonaya toplaşmışdı. Əli erməni Ediklə görüşmək və bacısnın cəsədin almaqçün düşmən mövqelərinə doğru irəliləyirdi. Amma ermənilər hiylə işlədərək Səmanın cəsədini yox həmin əraziyə boş tabut gətirmişdilər. Murdar ermənilərin daha ağlasığmaz və qəddar hiyləsi isə qarşıda imiş. Əliyə bacısnın cəsədini geri almaqçün qəbirləri qazıb bacısının cəsdini öz tapmalı olduğunu söylədilər. Əli, bunu eşidəndə elə ordaca Ediki öldürə bilərdi ancaq Səma yadında düşdükdə dözməli olduğun başa düşürdü. Əli Edikin bu tələbini qəbul etdi və onunla birlikdə Tuğ kəndinə gəldi. Ağır olsada Əli qəbirləri qazmağa başladı, qəbirləri qazdıqca tanınmaz hala salınmış insanları gördükdə qəzəbdən titrəsədə bunu düşmənə büruzə verməməyə çalışırdı. Ancaq bacısınıda bu vəziyyətdə görəcəyindən qorxurdu. Əli on qəbir qazmışdı amma hələ bacısnın cəsədin tapa bilməmişdi düşünürdükü bəlkə heç bacısının cəsədi burda yoxdu. Ermənilər onu aldadırlar. Amma geriyə bir qəbir qalmışdı. Əli həmin qəbrə yaxınlaşdı və bacısının həmin qəbrdə olduğunu duymuşdu sanki. Qəbri qazmağa başladı, bu qəbr digərlərindən dərin idi. Qəbri açdıqdan sonra tabutun qapağını qaldırdı və bacısının cəsədini gördükdə göz yaşlarını saxlaya bilmədi. Sonra qəbrə enib bacısnın cəsədin götürdü və cəsəd qucağında sərhəddə doğru irəllilədi. Sonra Səmanın cəsədini Beyləqandakı “Şəhidlər “ qəbristanlığının “Peyğəmbərlər” məscidində ata-baba qaydasıyla yuduzdurub, qırmızıya tutulmuş tabuta qoydurdular. Bərdənin Əyricə kəndində gətirdilər və orda dəfn etdilər.

Səmanın cəsədi geri alındıqdan sonra, Səmanın yadigarı olan Nurlanəni geri almaq haqqında düşünürdü hər kəs. Yenədə ermənilərlə danışıqlar başladı və onların tələblərin yerinə yetirməyə razı oldular.

Səmanın ölümündən sonra əsirlikdə qalan Nurlanə, əsirlərin içində olan Arzu və Nəsibəyə meyl salmışdı. Nurlanəni geri almaqçün danışıqlar aparıldığı üçün ermənilər Nurlanəni əsirlər olan yerdən götürüb Tuğ kəndində yaşayan erməni Edikin anasının yanına gətirdilər. Nurlanə 10-15 gün orda qaldı. 2-3 günə tələb olunan məbləğ və erməni əsirlərinin qarşılığında Nurlanə ailəsinə geri vrilməliydi. Amma yenədə azğınılaşmş ermənilər öz murdar əməllərindən qalmadılar və avtomatın qundağı ilə Nurlanənin boynunun arxasına vurub onu nurdan məhrum etdilər. Adı Nurlanə olan körpə ömürlük nura həsrət qaldı...

Avqust ayının 5-də yenə də, qohum-əqraba sərhəddə toplandı və Nurlanəyə qovuşacaqları anı gözlədilər. Və o an gəldi çatdı Nurlanənin dayısı Əli sərhəddə doğru addımladı və Nurlanəni geri aldı.

Nurlanə artıq neçə ildir ki, nura həsrətdi Allah tezliklə onun gözlərinə nur bəxş eləsin. Hal-hazırda Səma Kərimovanın təhsil aldığı Nağdalı kənd orta məktəbi onun adını daşıyır. Allah şəhid Səmaya rəhmət eləsin, məkanı cənnət olsun. İnşallah tezliklə Səmanın və bütün şəhidlərimizin qisasın almaq qismət olar!


Tarix: 27.01.2015 / 14:40 Müəllif: Feriska Baxılıb: 240 Bölmə: Azərbaycanın müharibələri‎
loading...