Həyatı
12 yanvar 1958-ci ildə Xankəndi şəhərində dünyaya göz açmışdır. N.Gəncəvi adına 4 saylı məktəbi bitirdikdən sonra 1975-1977-ci illərdə İrkutsk vilayətində hərbi xidmətdə olmuşdur. 1988-ci illərdə erməni millətçiləri azərbaycanlıları doğma el-obalarından qovarkən o, əhalinin təhlükəsizliyini təmin edirdi. Polis zabiti Nizami daha sonra Şuşaya köçür və burada işini davam etdirir.
Döyüşlərdə iştirakı
Nizami Məmmədov özünümüdafiə batalyonlarına silah-sursat çatdırılmasında iştirak edir, döyüşlərə atılırdı. Nizami Daşaltı, Malıbəyli, Qaladərəsi kimi mühüm əməliyyatlarda iştirak etmiş erməni basqınçılarına öz gücünü göstərmişdi. 1992-ci il 29 mart snayper gülləsi onun arzularla dolu qəlbini susdurdu. Vətənin cəsur övladı əbədiyyətə qovuşdu.
Ailəsi
Evli idi, üç oğlu yadigar qalıb.
Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Məmmədov Nizami Murad oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Nizami Məmmədov Bərdə rayonunun Dəymədağlı kəndində dəfn edilib.
Tarix: 27.01.2015 / 12:37 Müəllif: Feriska Baxılıb: 55 Bölmə: Azərbaycanın müharibələri