Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əli Cavan

Əli Cavan – Amerika alimi, fizik, ABŞ Milli Elmlər Akademiyasının üzvü. Milliyyətcə azərbaycanlıdır.

1926-cı ildə Tehranda doğulmuşdur. Bir il Tehran Universitetinin fizika fakültəsində oxumuşdur. 1948-ci ildə ABŞ-a köçmüş, burada ali təhsil, sonra fəlsəfə elmləri doktoru elmi dərəcəsi almışdır-. 1958-61-ci illərdə Bell-Telefon laboratoriyalarında işlərnişdir. 1960-cı ildən Massaçusets Texnologiya İnstitutunda işləyir. Əli Cavanın tədqiqatları kvant elekrronikası və onun tətbiqi, habelə lazer elektroskopiyası sahələrinə aiddir. Qeyri-xətti spektroskopiyanın əsasım qoymuşdur. 1960-cı ildə qaz lazerini Amerika alimləri U. Bennet və C. Erritonla birlikdə təklif etmişdir. Lazerin gücləmnə mərkəzində lazerin daxilolma gərginliyinin enmə rezonansı hadisəsini U. Bennet və C. Lembornla birlikdə kəşf etmişdir. 1966-cı ildə mod kəsişmələrinin effekti nəzəriyyəsini yaratmış və bunu 1969-cu ildə müşahidə etmişdir. 1970-ci ildə işıq hərəkəti tezliklərinin absolyut ölçülməsi hərəkəti və qeyri xətti flyuressensiyaların metodlarını işləmişdir. O, həm də spektral xətlərin itələyici daralmasını kəşf etmişdir.


Tarix: 13.01.2013 / 12:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 315 Bölmə: Alimlər
loading...